Accessibility links

Yunanlar Makedoniya ilə potensial kompromisə etiraz edir


Afinada bazar günü on minlərlə nümayişçi Yunanıstanla Makedoniya arasında uzunmüddətli mübahisələrdən sonra potensial kompromisə etirazlarını ifadə ediblər.

Yunanlar və yunan diasporu küçələrə çıxaraq, höküməti qonşu Makedoniyanın adı ilə bağlı əldə edilə biləcək razılığa qarşı çıxmağa səsləyib. Polisin təxminlərinə görə, nümayişlərdə 140 000 insan iştirak edib. Təşkilatçılar isə aksiyalarda bir milyon yarım insanın iştirak etdiyini bildirir.

Yunanıstan və Makedoniya 1991-ci ildən bəri “Makedoniya” adından istifadə ilə bağlı mübahisə edir. Yunanların əksəriyyəti hesab edir ki, qonşularına bu addan istifadə etmək icazəsinin verilməsi yunan tarixinə təhqir və yunan torpaqlarına iddiaların qəbulu deməkdir. Bu ərazi makedoniyalı İsgəndərin imperiyasının əsas vilayətlərindən biri idi.

Yunanıstan ad mübahisəsinə görə Makedoniyanın Avropa İttifaqına və NATO-ya qoşulmaq cəhdlərinin qarşısını alıb. Birləşmiş Millətlər Təşkilatı bu ölkəni Sabiq Yuqoslaviya Respublikası Makedoniya kimi tanıyıb.

Lakin solçu baş nazir Aleksis Tsiprasın 27 illik mübahisəyə son qoyacaq danışıqlara açıq olduğunu bildirməsi hər iki ölkədə etirazlara səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG