Accessibility links

Yunanıstanın xilası üçün 94 milyard dollar


Yeni layihə Yunanıstanın xərcləri azaldılması və vergilərin artırmasından sonra həyata keçirilə bilər

Alman parlamentində keçirilən səsvermə nəticəsində əksəriyyətin üstünlüyü ilə Yunanıstan üçün nəzərdə tutulmuş üçünçü xilas paketinin müzakirəsinə başlamaq qərarı verilib.

Aşağı palatanın qanunvericiləri hökumətin xilas planının təfərrüatlarının müzakirəsi təklifinə 439 nəfər lehinə, 119 nəfər əlehinə və 40 nəfər bitərəf olmaqla səs veriblər.

Yunanıstanın xilas planında ən böyük pay sahibi olan bir ölkə kimi Almaniya bu köməyin əvəzində xərclərin ciddi şəkildə kəsilməsi, o cümlədən vergi artımını təklif edir.

Çərşənbə axşamı Avrozonanın maliyyə liderləri Yunanıstana təcili borclarının bir hissəsini qaytarması üçün qısamüddətli kreditin verilməsi, eyni zamanda üç il müddətini əhatə edəcək 94 milyard dollarlıq xilas paketinin müzakirəsinə başlamaq haqqında razılığına gəliblər. Bu xilas paketi Yunanıstanın son beş ildə aldığı üçüncü yardımdır.

Avropanın 19 ölkəsini birləşdirən Avro blokunun maliyyə nazirləri bu qərarı rəsmi Afinanın çərşənbə axşamı kreditorların tələb etdiyi sərt islahatların keçirilməsi haqqında verdiyi razılıqdan sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG