Accessibility links

YUNESKO: Koronavirusa görə dünya üzrə 290 mln şagird dərsə gedə bilmir


Hazırda Çində 233 milyon, Yaponiyada 16 milyon 500 min, İranda isə 14 milyon 500 min şagird koronavirus xəstəliyi səbəbi ilə məktəbə getmir.

YUNESKO-nun baş direktoru Audrey Azoulay bildirb ki, sağlamlıq və digər böhranlar nəticəsində məktəblərin müvəqqəti bağlanması yeni deyil. Təəssüf ki, qlobal miqyasda və mövcud təhsilin dayanmasının sürəti misilsizdir. Bu vəziyyət uzun müddət davam edərsə, təhsil hüququnu təhdid edə bilər.

Yaxın günlərdə daha 9 ölkədə lokallaşdırılmış məktəb bağlanışını həyata keçirilməsi gözlənilir. YUNESKO bu halda daha 180 milyon uşağın məktəbə getməsinin qarşısını alacağını təxmin edir.

Agentlik məktəblərin bağlanmasının bir neçə səbəbə görə problemli olması ilə bağlı xəbərdarlıq edir. Belə ki, bu vəziyyət tədris nailiyyətlərinə mənfi təsir göstərir, valideynlər uşaq öhdəliyi ilə iş öhdəliklərini tarazlaşdırmaq üçün mübarizə apardıqları üçün iqtisadi məhsuldarlığı azalır. Həmçinin ortaya mürəkkəb bərabərsizlik çıxır. Aztəminatlı ailələr təhsil səviyyəsinin aşağı düşdüyünə görə boşluqları doldurmaq üçün daha az mənbəyə malikdirlər.

Məktəblərin bağlanmasının digər mənfi cəhətləti isə odur ki, pulsuz və ya güzəştli məktəb yeməyinə etibar edən məktəblilər indi daha pis qidalanır, səhiyyə sisteminin böyük əksəriyyətini təmsil edən qadınlar məktəblər bağlandıqda ölvaldlarına qayğı göstərmək üçün çox vaxt işdən qalmalı olurlar. Həmçinin təhsil dayandıqdan sonra uşaqların yenidən məktəbə cəlb edilməsini təmin etmək də çətin məsələdir.

Azoulay YUNESKO-nun hamı üçün təhsilin davamlılığını təmin etmək üçün ölkələrlə birgə işlədiyini bildirib. Agentlik genişmiqyaslı disdant təhsil proqramlarını həyata keçirməyə kömək edir. Bu səbəbdən də gələn həftə təhsil nazirlərinin təcili iclasını çağırılması planlaşdırılır.

“Bu, zarafat deyil. İmtina etmək vaxtı deyil. Eləcədə bu, bəhanə vaxtı deyil. Bu, bütün resursları işə salaraq hərəkətə keçmək vaxtıdır” - deyə, Azoulay əlavə edib.

Digər tərəfdən isə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanon koronavirusla əlaqədar ənənəvi media açıqlaması verdiyi zaman bildirib ki, bəzi ölkələr ya xəstəliyin ciddiyyətini kifayət qədər qəbul etmir, ya da bunun qarşısını almaq üçün gücləri çatmır.

Tedros epidemiyanın qarşısının alına biləcəyini təkid edir. Bunun üçün hökümətlərin "bütün mexanizmlərini cəlb edərək kollektiv, əlaqəli və əhatəli bir yanaşma" sərgiləməli olduqlarını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG