Accessibility links

Yüngül maşınlar daha ucuza başa gəlir [Video]


Yüngül maşınlar daha ucuza başa gəlir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Maşın istehsalçıları arasında güclü rəqabət getdiyi üçün onlar hər zaman təhlükəsizliyi və digər standartlarında güzəşət getmədən xərcləri azaltmağın yollarını axtarırlar. Onların təkmilləşdirə biləcəyi bir maşın hissəsi, korpusdur ki, onları daha yüngül etmək olar, amma bunu edərkən korpusun sərnişinləri qoruya biləcək qədər möhkəm olduğundan da əmin olmaq lazımdır.

ABŞ-da satılan bütün maşınlar məcburi qəza sınağından keçir.

Avtomobil şirkətlərinin keçirdiyi testlər çox sadədir - onlar zərbəyə davamlılığı, elastikliyi və buna bənzər şeyləri yoxlayırlar. Biz isə daha mürəkkəb, daha realistik testlər hazırlamışıq.
Tim Foeke

Maşın korpuslarının hissələri incə metaldan hazırlanır. Onlar xüsusi alətlə kəsilib, formaya salınır, daha sonra isə robotlar tərəfindən bir-birinə qaynaq edilir.

Millli Elm və Texnologiya İnstitutunun (NIST) tədqiqatçıları deyir ki, əgər materiallar daha dəqiq testlərdən keçsə, bu hissələr möhkəmliklərində güzəştə getmədən yüngülləşdirilə bilərlər.

“Avtomobil şirkətlərinin keçirdiyi testlər çox sadədir - onlar zərbəyə davamlılığı, elastikliyi və buna bənzər şeyləri yoxlayırlar. Biz isə daha mürəkkəb, daha realistik testlər hazırlamışıq”, Millli Elm və Texnologiya İnstitutundan Tim Foeke deyir.

NIST ABŞ-ın maşın sənayesinə maşınlarda istifadə edə biləcəkləri qabaqcıl və yüngül materialları seçməyə, xərcləri azaltmağa və yanacaq səmərəliliyini artırmağa yardım edir.

Avtomobillərin Yüngüllədirilməsi adlı laboratoriyada, incə metallar ağ rəngə boyadılır, daha sonra isə üzərlərinə yüngülvari qara ləkələr sıçradılır.

Yüksək rezolusiyalı kameralar örnək material dartıldığındaa bu ləkələrə nə olduğunu yoxlayır. Bu testlə iki nöqtə arasındakı dartılmanı ölçən köhnə metoddan daha çox məlumat əldə olunur.

“Əgər onlar materialın maksimum 20 faizə qədər dartılacağına inandığı halda, material 22 faiz dartıla bilsə, bu, onlar üçün çox vacib məlumatdır, çünki bir parça materialın bir az daha çox dartıla bilməsi belə onlara milyonlarla dollar gəlir gətirə bilər”, Foeke söyləyir.

Alimlər deyir ki, onlar yeni test avadanlıqarı inkişaf etdirdikləri üçün, artıq daha çox istehsalçı və təchizatçı təkcə metalları deyil, həm də fiber-dəmir polimer qarışıqlarını sınaqdan keçirir.

XS
SM
MD
LG