Accessibility links

Təbrizdə milli fəal Yunus Quluzadə azadlığa buraxılıb


Yunus Quluzadə
Yunus Quluzadə

Keçən iyul ayının 23-də koronavirus pandemiyası səbəbilə Təbriz həbsxanasından bir aylıq məzuniyyətə buraxılan Yunus Quluzadənin həbs müddəti başa çatıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “türk fəal iyulun 23-də bir aylıq məzuniyyətə göndərilmişdi. Fəalın məzuniyyət müddətinin başa çatması 91 günlük həbs müddətinin də başa çatdığı vaxta təsadüf edib.”

Təbriz İnqilab Məhkəməsi 2020-ci ilin fevral ayında “rejimə qarşı təbliğat” ittihamı ilə günahlandırdığı Quluzadəni 6 ay həbsə məhkum etmişdi. Fəalın həbs hökmü daha sonra Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinin hökmü ilə 91 günə azaldı.

Yunus Quluzadə daha əvvəl Urmiyə Gölünün quruması ilə bağlı təşkil olunan kütləvi etiraz aksiyalarına qatıldığı zaman da həbs edilmişdi.

Keçən aylarda İranın müxtəlif həbsxanalarında pandemiya səbəbilə bir çox məhbus fərqli dönəmlərdə məzuniyyətə göndərilib. Lakin xüsusilə ağır həbsə məhkum olan yüzlərlə siyasi məhbusa məzuniyyət haqqı verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG