Accessibility links

Yurdda demokratiya, cahanda demokratiya - Freedom House-un demokratik dövlətlərə tövsiyələri


Freedom House "Dünyada Azadlıq 2019" başlıqlı hesabatında qlobal miqyasda azadlıqların gerilədiyini vurğulayıb. Geriləmənin qarşısını almaq üçün təşkilat demokratik ölkələrin rəhbərliklərinə demokratiyanın gücləndirilməsi və demokratiyanın hökm sürdüyü ölkələrdə təməl dəyərlərinin müdafiəsinə dair bir sıra tövsiyələr verib.

Tövsiyələr sırasında ölkə daxilində insan haqlarına hörmət, vətəndaş maarifləndirilməsinə investisiya qoyuluşu, jurnalistika və ifadə azadığının müdafiəsi yer alır.

Seçilmiş siyasi xadimlərin demokratik təsisatlara - o cümlədən mətbuata, ədliyyə sisteminin müstəqilliyinə və qanunun aliliyinə hücumları dünya boyu demokratiyaya olan inamı sarsıdır.

"Demokratik liderlər daxildə fundamental normalara hörmət nümayiş etdirməlidirlər," deyə hesabat müəllifləri hökumətin fəaliyyətinin media tərəfindən işıqlandırılmasına şərait yaradılmasına çağırır.

O cümlədən vətəndaşların seçkilərdə daha aktiv iştirakını təmin etmək üçün səylər göstərilməlidir.

Freedom House hesab edir ki, gənc nəslə demokratik idealların aşılanması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ABŞ Təhsil Departamenti demokratik prinsiplərin məktəblərdə tədrisi üçün səylərini gücləndirməlidir.

Hökumət rəsmilərinin xarici təsirlərdən qoruması üçün qanunların gücləndirilməsi də tövsiyələr sırasındadır. Belə ki, 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi cəmiyyətdə qızğın debat mövzusu olaraq qalır və Amerika demokratiyasının xarici həmlələrdən qorunmasının mühümlüyünü önə çəkir.

Demokratik cəmiyyətlərdə nəzarətçi təsisat olaraq müstəqil mətbuat olduqca mühüm funksiyaya malikdir.
Demokratik cəmiyyətlərdə nəzarətçi təsisat olaraq müstəqil mətbuat olduqca mühüm funksiyaya malikdir.

Xaricdən səsverməyə müdaxiləyə mane olunması üçün seçki infrastrukturuna investisiya qoyuluşu, köhnəlmiş səsvermə aparatlarının yeniləri ilə əvəzlənməsi vacib sayılır.

Freedom House dezinformasiyaya qarşı mübarizədə sosial media şirkətlərinin məsuliyyətinə də diqqət çəkir. Həmin şirkətlərdən onlayn dezinformasiya və propaqanda barədə məlumat verilməsi tələbi irəli sürülr.

Tələbələrə və şagirdlərə erkən yaşlarda demokratiyanın təməl prinsipləri tədris olunmalıdır.

Tövsiyələr sırasında istər daxildə, istərsə də xaricdə jurnalistlərin müdafiəsi və mətbuat azdlığının təşviqi qeyd olunur. "Azad və qıvraq media demokratik sistemin fundamental sütunudur," deyə hesabatda vurğulanır.

O cümlədən ABŞ-ın xarici yardım proqramlarına demokratiyanın təşviqi üzrə proqramlara xüsusi diqqət ayrılması, demokratik müttəfiqlərlə birgə qlobal miqyasda demokratik idarəçiliyin təşviqi tövsiyə edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG