Accessibility links

Amerikada on minlərlə müəllim və şagird yürüş keçirir [Video]


Amerikada on minlərlə müəllim və şagird məktəblərdə silah zorakılıqlarına son qoyulması tələbi ilə yürüş keçirir.

​Fevralın 14-də Parkland şəhərində məktəbdə 17 nəfərin ölümü ilə nəticələnən silahlı atışmadan sonra ölkə boyu şagirdlər məktəblərdə silah zorakılığına qarşı etiraz edir.

Martın 14-də hadisədən bir ay sonra şagirdlər qanunvericilərə mövqelərini nümayiş etdirmək və qurbanların xatirələrini yad etmək məqsədilə ölkə boyu tədbirlər keçirir.

​Tədbirlər hər ştatda yerli vaxtla səhər saat 10-da başlayıb. 17 dəqiqəlik yürüş Florida məktəbində öldürülən 17 nəfərin xatirəsinə həsr edilib.

Təşkilatçılar ölkədə və xaricdə 3 min belə tədbirin baş tutacağını bəyan edib.

Vaşinqtonda martın 24-ə də ümummilli yürüş planlaşdırılıb.

Daha bir yürüş isə aprelin 20-nə, 1999-cu ildə Kolorado ştatında orta məktəbdə baş vermiş qətlimanın ildönümünə təyin olunub.

Mən televizorda qarşısı alına bilən bu cür qətliamlar barədə eşindəndə, mənə elə gəlir ki, bu mənim də başıma gələ bilərdi və buna görə də, mən təşəbbüs göstərməliyəm.

Cümə axşamı Nyu York şəhərinin meri Bil de Blasio məsələni müzakirə etmək üçün şagirdlərlə görüş keçirib.

Onların bəziləri şagirdlərin fəallığını Milli Tüfəng Assosiasiyasının nəzarət etmədiyi yeni insanların səslərini ucaltmaq yolu olaraq görür.

“Bilirsiniz, mən televizorda qarşısı alına bilən bu cür qətliamlar barədə eşindəndə, mənə elə gəlir ki, bu mənim də başıma gələ bilərdi və buna görə də, mən təşəbbüs göstərməliyəm,” deyə nyu-yorklu şagird Ariel Geismar bildirib.

Digərləri isə məsuliyyətli silah sahibliyinə və konstitusiyaya ikinci düzəlişə dəstəyini ifadə edir. 1791-ci ildə ratifikasiya edilmiş Hüquqlar Bəyannaməsinin 2-ci düzəlişi amerikalılara silah saxlamaq hüququ verir.

XS
SM
MD
LG