Accessibility links

Güneyli milli fəal Yusuf Pircani həbsxanaya köçürülüb


Güneyli milli fəal Yusuf Pircani
Güneyli milli fəal Yusuf Pircani

İran Azərbaycanının Xoy şəhərində yaşayan türk fəal Yusuf Pircani 3 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Təbrizdə ərəblərə dəstək mitinqi ilə əlaqədar Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində həbs edilən Yusuf Pircani, Xoy İnqilab Məhkəməsinin Hökmlərin İcra bölməsinə müraciət etdikdən sonra həbs edilərək həmin şəhərin həbsxanasına köçürülüb.

Yusuf Pircani keçən il iyul ayının 24-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən Rza Müqəddəsi adlı digər vətəndaş ilə birlikdə həbs edilmiş və avqust ayının 6-da 100 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

Bu vətəndaşların məhkəmə iclası Xoy İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib və hər biri "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamına görə, 3 ay həbs cəzasına məhkum edilib.

Keçən il iyul ayının 24-də Təbrizdə vətəndaşlar İranın Xuzistan vilayətində baş qaldıran ərəb icmasının su qıtlığına qarşı etiraz nümayişlərinə dəstək olmaq məqsədilə mitinq keçirmişdilər.

Təbrizdə keçirilən bu aksiyalar ilə bağlı bir çox sayda vətəndaş İran Azərbaycanının müxtəlif şəhərlərində saxlanılaraq, həbs, qamçı və cərimə kimi müxtəlif cəzalara məhkum ediliblər.

XS
SM
MD
LG