Accessibility links

Güneyli siyasi fəal 6 il həbs cəzasına məhkum edilib


Ərdəbil sakini olan milli fəal Yusuf Kari həmin şəhərin İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

İranda insan haqları pozuntularının xəbərlərini yayımlayan HRA xəbər agentliyinin məlumatına istinadən, məhkəmə iclası dekabrın 10-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib və 6 il həbs hökmü cənab Kariyə 17 dekabrda bildirilib.

Azərbaycanlı fəal sentyabrın 3-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, sentyabrın 8-də ailəsi ilə qısa telefon söhbətində Ərdəbil həbsxanasına köçürüldüyünü bildirmişdi.

Milli fəalın ailəsi daha əvvəl məhkəmə tərəfindən fəallın müvəqqəti azadlığa buraxılması üçün müəyyənləşdirilmiş 50 milyon tümənlik vəsiqəni təmin etsə də, daha sonra zəmanət vəsiqəsinin dəyəri 300 milyon tümənə yüksəldilmişdi. Ərdəbil İnqilab Prokurorluğu siyasi fəallın dosyesinin hazırlanmadığı bəhanəsi ilə zəmanətin qəbul edilməsindən imtina etməklə yanaşı, bir müddətdən sonra zəmanətin dəyərini yüksəltmişdi.

"Təhlükəsizliyi pozmaq üçün iclaslarında davamlı iştirak etməklə qondarma etnik qrupuna üzv olmaq" və "sistemə qarşı təbliğat aparmaq" ittihamları ilə mühakimə edilən güneyli siyasi fəal Yusuf Kari sıra ilə 5 il və 1 il həbs cəsazına məruz qalıb. Sosial mediada yayımlanan xəbərlərə görə, Yusuf Kari GAMAC təşkilatında üzv olmaqla suçlanıb.

Yusuf Kari Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq bir müddət dindirildikdən sonra Ərdəbil həbsxanasına köçürülmüşdü. O həmçinin, keçən il bir neçə digər siyasi fəal ilə birlikdə Savalan dağında təşkil edilən mərasimdə saxlanılmış və bir neçə saatdan sonra sərbəst buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG