Accessibility links

Güneyli fəal Yusuf Sələhşur bir il azadlıqdan məhrum edilib


Yusuf Sələhşur
Yusuf Sələhşur


Təbriz İnqilab Məhkəməsi milli fəal Yusuf Sələhşuru bir il həbs cəzasına məhkum edib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizin 3 saylı İnqilab Məhkəməsi Yusuf Sələhşuru "sistemə qarşı təbliğat aparmaq" ittihamindan suçlayaraq bir əl həbs cəzasına məhkum edib. Sələhşur həmçinin məhkəmə tərəfindən 2 il müddətində sosial mediada fəaliyyət göstərmək və ölkədən çıxmaqdan məhrum edilib.

Təbrizin İnqilab Məhkəməsinin milli fəala qarşı çıxardığı həbs hökmü şifahi olaraq vəkilinə bildirilib.

Yusuf Sələhşura qarşı qaldırılan digər iddia ilə əlaqədar 36 saylı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi "insanları zorakı hərəkətlərə təhrik etmək" və "qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq" ittihamlarından bəraət qazandırmışdı. Sələhşur Cinayət Məhkəməsi tərəfindən həmin ittihamlardan günahkar tanınaraq 37 qamçı və 20 milyon 200 min tümən cərimə ödəməyə məhkum edilmişdi.


Yusuf Sələhşur bir çox digər türk fəalla birlikdə 24 iyulda Təbrizdə keçirilən mitinqdən bir gün sonra nəzarət altına alınaraq, təhlükəsizlik qüvvələrinin təcridxanasına köçürülmüşdü. O nəhayət digər 4 fəalla birlikdə avqustun 14-də Təbriz Həbsxanasından girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Yusuf Sələhşur dəfələrlə dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq müxtəlif təzyiqlərə məruz qalıb. Sələhşur Təbriz sakini və Azərbaycan xalq rəqsləri müəllimidir.

2019-cu ilin mart ayında Traktor futbol komandasının matçında Qarabağla bağlı bir çox milli fəalla birgə verdiyi şüarlardan dolayı nəzarət altına alınmışdı.

2013-cü ildə Azərbaycan rəqsləri kursu təşkil edən Sələhşurun dərnəyi İran hökuməti tərəfindən qapadılmışdı.

O həmçinin 2011-ci iln avqust ayında Urmiyə gölünün quruması ilə əlaqədar İran Azərbaycanında keçirilən etiraz aksiyaları zamanı 28 digər Azərbaycanlı fəalla birgə Təbrizin Qumtəpə məhəlləsində təşkil edilən bir toplantıda nəzarət altına alınmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG