Accessibility links

Milli fəal Yusuf Sələhşur İnqilab Məhkəməsi qarşısına çıxarılıb


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Yusuf Sələhşurun məhkəmə iclası Təbriz İnqilab Məhkəməsində keçirilib.

İnsan Hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Yusuf Sələhşura qarşı irəli sürülən ittihamlarla bağlı oktyabrın 3-də məhkəmə iclası keçirilib.

Sələhşur oktyabr ayının 20-də ona qarşı açılan iddianın digər hissəsində "Telekommunikasiya sistemi vasitəsilə kütləvi iğtişaşa çağırış etmək" ittihamı ilə cinayət məhkəməsinə çağırılıb.

Yusuf Sələhşur iyulun 25-də İran hökumətinin kəşfiyyat agentləri tərəfindən saxlanılaraq, İranın Təbrizdəki kəşfiyyat idarəsinin təcridxanasına aparılmışdı.

Keçən iyul ayının 24-də Təbrizdə ərəb icmasının su qıtlığına qarşı apardıqları etiraza dəstək aksiyası ilə əlaqədar saxlanılan və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə üzləşən milli fəal, Təbriz İnqilab Məhkəməsində hakim Hüseyn Fəthnejadın qarşısına çıxarılıb.

O, 17 gün sorğu-suala çəkiləndən sonra avqustun 11-də Təbriz Mərkəzi həbsxanasına köçürülüb, 3 gün sonra isə məhkəmənin son qərarına kimi girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Sələhşur indiyə kimi dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələrində fərqli ittihamlarla məhkum olub.

Azərbaycan milli rəqslərinin müəllimi və Cinayət Hüququ üzrə magistr dərəcəsi alan milli fəalın rəqs dərslərinin sinifləri İran hökumətinin təhlükəsizlik orqanları tərəfindən dəfələrlə möhürlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG