Accessibility links

Yuta ştatı qatili edam etdi


Beş könüllü polis zabiti .30 kalibrli tüfənglərlə nişan alaraq atəş açıblar

ABŞ-ın qərbi Yuta ştatında məhkum edilmiş qatil Ronni Li Qardner güllələnmə ilə edam olunub. O, 1976-cı ildən bəri Amerikada güllələnmə ilə cəzalandırılan üçüncü şəxsdir. Utah Cəzaçəkmə Departamenti 49 yaşlı Qardnerin gecə saat 12:17-də dünyasını dəyişdiyini elan edib. Rəsmilər Qardneri stula bağlayaraq, başına kapüşon taxmış və sinəsinə hədəf nişanı qoymuşlar. Beş könüllü polis zabiti .30 kalibrli tüfənglərlə nişan alaraq atəş açıblar. Beş tüfəngdən birində boş güllə var idi. Bu atıcılarda ölümcül gülləni kimin vurması haqda şübhəni saxlamağa xidmət edir. Qardner 1985-ci ildə məhkəmədən qaçmağa çalışarkən vəkil Maykl Burrelli qətlə yetirməyə görə məhkum olunmuşdu. ABŞ Ali Məhkəməsi edam cəzasını 1976-cı ildə bərpa edib.

XS
SM
MD
LG