Accessibility links

Corc Vaşinqton Universitetində "Daş Yuxular" müzakirə olundu


Mühazirəçilər bu kimi əsərlərin cəmiyyətlərdə sülhə meylləri gücləndirdiyini düşünür

Corc Vaşinqton Universitetinin beynəlxalq əlaqələr departamentinin Avropa, Rusiya və Avrasya institutunda Əkrəm Əylislinin “Daş Yuxular” əsəri müzakirə olunub.
Mühazirəçilər əsərin hazirki konflikt üzərində müxtəlif təsirləri haqda fikirlərini paylaşıblar.

Corctaun Universitetinin tarix departamentindən professorial mühazir Mikayıl Mamedov əsərin Azərbaycanda ciddi etirazlara səbəb olduğunu deyib. O həmçinin əsərin məzmunu haqda konfrans iştirakçılarına qısa məlumat verərək Ermənistan tərəfinin də bu kimi addımlar atmasının hər iki xalqda sülh hisslərinin güclənməsinə kömək edəcəyini düşündüyünü bildirib.

Azərbaycan tərəfdən öz fikirlərini bölüşən politoloq Ülvi İsmayıl Əkrəm Əylisninin Azərbaycanın nüfuzlu yazarlarından biri olduğunu, onun əsərlərinin Şərqi Avropa dillərinə çevrildiyini, romanlarına filimlər, teatrlar səhnəyə qoyulduğunu, milli mükafatlar aldığını söyləyib.

Arsen Xaratyan bu kimi əsərlərin qisa bir müddətdə cəmiyyətdə mənfi fəsadlar yaratsa da, uzun müddət üçün faydalı olacağına inandığını bildirib. O, “Daş Yuxular” əsərinin tarixi deyil, bədii əsər olduğunu vurğulayaraq beynəlxalq ədəbiyyatdan misallar gətirib. Cənab Xaratyan Əkrəm Əylisli kimi yazıçıların hər iki cəmiyyətdə mövcudluğunun tolerantlıq gətirəcəyini deyib.

Forum sual-cavab sessiyası ilə yekunlaşıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG