Accessibility links

Zəfər Əhmədli: Siyasi məhbuslarla bağlı qətnamə haqqın qələbəsidir


Zəfər və Fuad Əhmədli

Siyasi məhbus kimi tanınan AXCP fəalı Fuad Əhmədlinin məhkəməsi təxirə salınıb

Azərbaycan Ali Məhkəməsində hakim Əziz Seyidovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı kassasiya şikayətinə baxış olmalı idi. Lakin hakim insanları iki saatdan çox gözlətdikdən sonra məhkəmənin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.

Fuad Əhmədli 2016-cı il avqustun 17-də həbs edilib. O, operator işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham olunaraq 4 il həbsə məhkum edilib.

Zəfər Əhmədli: Siyasi məhbuslarla bağlı qətnamə haqqın qələbəsidir
please wait

No media source currently available

0:00 0:05:43 0:00

Fuad Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Ötən il iyulun 5-də Bakı Apellyasiya Məhkəməsi Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.

Fuad Əhmədlinin atası Zəfər Əhmədli məhkəmənin təxirə salınmasını “insanlara hörmətsizlik” kimi qiymətləndirib.

“Ali Məhkəməyə ötən il iyulun 6-da kassasiya şikayəti vermişik. Bu gün fevralın 4-dür, hələ şikayətə baxılmayıb. Yəqin bir neçə ay təxirə salacaqlar. Ona qədər də Fuad azadlığa çıxar. Oğlumun həbs müddəti avqustun 18-də başa çatır,” o qeyd edib.

Kristofer Ştrasserin qətnaməsindən sonra bu qətnamənin qəbulu haqqın qələbəsidir. Qətnaməinin qəbul olunması bu rejimə tərs bir sillədir.
Zəfər Əhmədli, siyasi fəalın atası

Zəfər Əhmədlinin oğlu hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O, Avropa Şurası Parlament Assambleyasının ötən həftə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul etməsini “qətiyyətli addım” hesab edir.

“Kristofer Ştrasserin (Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi olub. Onun hazırladığı qətnamə 2013-cü ildə AŞPA-da qəbul edilməyib-red.) qətnaməsindən sonra bu qətnamənin qəbulu haqqın qələbəsidir. Qətnaməinin qəbul olunması bu rejimə tərs bir sillədir. Ölkədə siyasi məhbus problemini yavaş-yavaş olsa da qaydasına salmaq lazımdır. Amma inanmıram ki, rejim hansısa addımlar atacaq. Əgər regim yenə narahatçılıqla kifayətlənəcəksə, bu qətnamə də o biriləri kimi olvcaq. Nəticədə konkret addımlar atılacaqsa, sanksiyalar tətbiq edilcəksə müsbət nəticələrindən danışmaq olar,” ata qeyd edib.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını və insanların siyasi iradəsinə görə həbs edilmədiyini bildirir. Hökumət rəsmiləri tənqidləri qərəzli saysa da hüquq müdafiəçiləri ölkədə 130-dək insanı siyasi məhbus kimi tanıyıb.

Avropa Şurası Parlament Assambleyası yanvarın 30-da “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

XS
SM
MD
LG