Accessibility links

Zəhərli trans yağlar [Video]


Zəhərli trans yağlar
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Ümumdünya Səhiyyə Təşkilatı və Resolve to Save Lives, yəni Həyat Qurtarmaq Niyyəti adlı sağlamlıq təşəbbüsü yeni qlobal sağlamlıq planı tərtib edib. Məqsəd hər il yarım milyon insanın ürək xəstəliyindən dünyasını dəyişməsinin qarşısını almaqdır.

Onu yeməyinizdə görə bilməz, dadını isə hiss edə bilməzsiniz. Amma o, sizi öldürə bilər. Bu, insanların yaratdığı trans-yağdır.

Trans yağının dadı olmur. O, həm otaq temperaturunda, həm də bədən temperaturunda tac arteriyalarda bərk olur.
Dr. Tom Friden

“Trans yağ bizim ərzaq təchizatımıza əlavə olunan zəhərli kimyəvi maddədir və hər il 500 min insanın ölümünə səbəb olur,” deyə Resolve to Save Lives-ın prezidenti Dr. Tom Friden bildirir.

Adətən qənnadı məmulatlarında trans yağlar olur. Onlar həm restoranlarda, həm də küçədə satılan yeməklərdə olur. Trans yağlar daha ucuzdur və təbii yağdan daha uzun müddət istifadə oluna bilir. Onlardan qənnadı məmulatlardan istifadə etmək daha asandır.

“Trans yağının dadı olmur. O, həm otaq temperaturunda, həm də bədən temperaturunda tac arteriyalarda bərk olur,” Dr. Friden söyləyir.

Trans yağ pis xolesterolu artırır və ölümlə nəticələnən ürək tutmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya boyu ürək-damar xəstəliklərindən ölən insanların dörddə üçü az və orta gəlirli ölkələrdəndir.

ABŞ daxil olmaqla bir çox zəngin ölkələr ürək xəstəliklərinə yol açdığı üçün bu yağları ya qadağan edib ya da qadağan etmək prosesindədir. Trans yağların qadağan olunduğu yerlərdə ürək tutulmaları halları və ürək xəstəliklərindən ölənlərin sayı xeyli azalıb.

Ümumdünya Səhiyyə Təşkilatı daha öncə də trans yağların qadağan olunmasına çağırıb, onların yeni planında isə hökümətlər trans yağları zeytun yağı kimi daha faydalı yağlarla əvəz edəcək plan tərtib etməyə, insanları trans yağların zərərləri barədə məlumatlandırmağa və trans yağ əleylinə qanunlar qəbul etməyə çağırılır.

Bu baş versə, növbəti 25 il ərzində 17 milyon insanın həyatı qurtarılacaq, ürək xəstəliyinin əsas səbəblərindən biri isə aradan qaldırılacaq.

XS
SM
MD
LG