Accessibility links

Zəncanda azərbaycanlı müəllimə məhkəməyə çağırılıb


Zəncanlı müəllimə Kübra Cabbari
Zəncanlı müəllimə Kübra Cabbari

İran Azərbaycanının Zəncan şəhərində müəllimə Kübra Cabbari bu şəhərin Ümumi və İnqilab Məhkəməsinə çağırılıb.

Ərk İnsan Haqları Cəmiyyətinin yayımladığı məlumata görə, ona qarşı "sistemə qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb.

Məhkəmə prosesi başa çatana qədər azərbaycanlı türk müəllimə Cabbari müvəqqəti olaraq zaminə buraxılıb.

Onun sosial media hesabından paylaşdığı məzmunlara görə ittiham olunduğu bildirilir.

İranda ifadə azadlığı hüquqları hakimiyyət tərəfindən kobud şəkildə pozulur.

Ölkədə vətəndaşların sosial media hesablarından hakimiyyəti tənqid məzmununda hər hansı bir paylaşımı sistemə qarşı təbliğat ünvanı ilə 3 aydan bir ilə qədər həbs cəzası ilə qarşılana bilər.

XS
SM
MD
LG