Accessibility links

Zərdüşt Əlizadə: Azərbaycan-İran əlaqələrinin inkişafı üçün hədsiz geniş perspektivlər var


Zərdüşt Əlizadə

İranla Azərbaycan arasında gərginlik İran yük avtomobillərinin Ermənistan ərazisindən keçməklə Rusiya sülhməramlılarının yerləşdirildiyi Laçın koridoru vasitəsi ilə Qarabağda Xankəndi şəhərinə yük aparmalarından sonra başlayıb. Azərbaycan tərəfi bununla bağlı bu ilin avqustunda İran səfirinə etiraz notası təqdim edib. İran tərəfi Azərbaycanın etirazını nəzərə almayıb və yük daşımalarını davam etdirib. Prezident İlham Əliyev İranın bu hərəkətinə münasibət bildirib. Bundan sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib.

Daha sonra, Azərbaycan İrandan Ermənistana gedən avtomobil yolunun Azərbaycan hissəsində İran yük avtomobillərinə rüsum tətbiq edib. Həmçinin Ermənistan ərazisindən keçməklə Xankəndinə yanacaq daşıyan iki avtomobilin sürücüsünü həbs edib.

Nəhayət, İranın Mehr agentliyi oktyabrın 20-də ölkənin nəqliyyat şirkətlərinin Qarabağa və Laçın rayonuna girişinə qadağa qoyulduğu haqda məlumat verib.

Bundan sonra, Azərbaycan tərəfi Qarabağa yük daşıyan iki avtomobilin sürücüsünü azad edərək, İran tərəfinə verib.

Həmçinin, müşahidəçilər bunu Azərbaycan-İran münasibətlərindəki gərginliyin aradan qaldırılmasına işarə kimi qiymətləndirir.

Oktyabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı olub.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 iranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıb.

Telefon danışığı zamanı tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd edib.

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Azərbaycan-İran münasibətlərindəki problemlərdən və əlaqələrin inkişaf perspektivlərindən danışıb.

Amerikanın Səsi: Oktyabrın 23-də Azərbaycan xarici işlər naziri ilə İran xarici işlər naziri arasında telefon danışığı olub. Tərəflər münasibətlərdə son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirib. Sizcə iki ölkə arasındakı gərginliyin aradan qaldırılması üçün bəs edəcək addımlar atılıbmı?

Zərdüşt Əlizadə: Nəzərə alsaq ki, son bir ay ərzində bu gərginlik artan xəttlə gedirdi. İndiki halda, son həftə ərzində həm Azərbaycanın, həm də İranın atdığı addımlar, elan edilmiş mövqelər göstərir ki, bu, gərginliyin aradan qaldırılması üçün kifayətdir. Bundan sonra ümid etmək olar ki, hər iki tərəf gələcək əməkdaşlığın xeyrini dərk edərək, bu istiqamətdə səylərini davam etdirəcəklər.

Amerikanın Səsi: Nazirlər həmçinin bütün fikir müxtəlifliklərinin dialoq vasitəsi ilə həll edilməsinin vacibliyini bildirib. İranla Azərbaycan arasında fikir müxtəlifliklərini necə izah edərdiniz? Bu fikir ayrılıqlarının həlli üçün daha hansı addımlar atılmalıdır?

Biz bundan var gücümüzlə qaçmalıyıq. Söhbət yalnız danışıq, anlaşma və razılaşmadan gedə bilər.

Zərdüşt Əlizadə: İran kimi islam respublikası və dünyəvi Azərbaycan Respublikası arasında fikir müxtəliflikləri anlaşılandır və tamamilə təbii qavranılmalıdır. Düşünürəm ki, tərəflər bu fikir müxtəlifliyini yalnız və yalnız dialoq, anlaşma yolu ilə aradan qaldırmalıdır və bu zaman hər iki tərəf bir-birinin mövqeyinə hörmətlə yanaşmalıdır. Bunu qəbul etməlidir ki, İranın mövqeyi, fikirləri təbii ki, fərqli olacaq, Azərbaycanın da mövqeyi İran üçün fərqli olacaq. Bunları yalnlız dinc, danışıq yolu ilə həll etmək lazımdır. Əks halda, buyurun bizim qonşumuzda bir il bundan əvvəl baş vermiş müharibə hər iki dövlət üçün nə qədər böyük itkilər gətirdi. Bu əyani sübutdur. Biz bundan var gücümüzlə qaçmalıyıq. Söhbət yalnız danışıq, anlaşma və razılaşmadan gedə bilər.

Amerikanın Səsi: İki ölkə arasında əsas fikir müxtəliflikləri nədir?

Görəndə ki, xeyr, Azərbaycan əsla itaətedən, sözəbaxan, İranın çəkdiyi cığırla sözsüz gedən dövlət deyil. Özünün fəqli təsəvvürləri var. Bu, onları bir qədər əsəbləşdirdi.

Zərdüşt Əlizadə: Problemli məsələ odur ki, SSRİ dağılandan sonra və Azərbaycan Respublikası müstəqilləşəndən sonra, açıq etiraf edək ki, İran cəmiyyəti üçün, İran mütəfəkkirləri üçün, İran təsir dairələri üçün bir xəyal qırıqlığı yarandı. O da nədən irəli gəlirdi? Onlar Azərbaycana adətən İran dövlətinin Rusiya tərəfindən zorla qopardılmış şimal hissəsi kimi baxırdılar. Ümid edirdilər ki, nə vaxtsa bir möcüzə baş verəcək və onlardan alınmış o şimal hissə onlara qayıdacaq. Görəndə ki, xeyr, şimal hissədə müstəqil, beynəlxalq əlaqələr sistemi qurmuş, müstəqil inkişaf edən, öz məqsədləri, öz düşüncəsi, öz mədəniyyəti olan hansısa bir insan toplumu yaranıb. Bu, əlbəttə onlarda xəyal qırıqlığı yaratdı. O biri tərəfdən böyük, güclü 80 milyonluq İran on milyonluq Azərbaycana kiçik bir tərəf müqabili kimi baxırdı. Görəndə ki, xeyr, Azərbaycan əsla itaətedən, sözəbaxan, İranın çəkdiyi cığırla sözsüz gedən dövlət deyil, özünün fəqli təsəvvürləri var, bu, onları bir qədər əsəbləşdirdi. O biri tərəfdən Azərbaycan çox gözləyirdi ki, İran Azərbaycana heç bir təsir etməyəcək, o cümlədən dini baxımdam təsir etməyəcək. Amma, sonra anladı ki, bu qeyri-mümkündür. Böyük şiə dövləti İran Azərbaycan Respublikasının şiə əhalisi üçün müəyyən mənada bir mənəvi, dini mayak rolunu oynayır. Bunu da, gərək, bizim Azərbaycan hökuməti dərk etsin və burada müəyyən hüdudları müəyyənləşdirsin. Bu hüdudlardan o tərəfi təhlükəlidir. O hüduda qədər isə inanclı insanların hüququdur ki, İrana rəğbətlə baxsın.

Amerikanın Səsi: Sizcə Azərbaycan Amerikanın və Avropa İttifaqının sanksiyaları altında olan qonşusu İranla münasibətlərini necə qurmalıdır?

Biz imkan daxilində sanksiyalardan yayınmalıyıq.

Zərdüşt Əlizadə: Bu Azərbaycan hakimiyyətinin dünya haqqında təsəvvürlərindən asılıdır. Əgər, Azərbaycan hökuməti düşünürsə ki, Amerika və Avropa İttifaqı istənilən dövlətə qarşı sanksiya həyata keçirirsə, bu Quran ayəsi kimi müqəddəsdir. Əlbəttə, onda İrana qarşı sanksiyalara qoşulmalıdır. Əgər düşünsə ki, bu Quran ayəsi deyil, Amerika, Avropa Birliyi öz iqtisadi və siyasi maraqları naminə bir çox hallarda ədalətsiz mövqe tutur. Məsələn, bizim Qarabağ münaqişəsində Avropanın, Amerikanın mövqeyi, bizim əhalinin əksəriyyətinin gözündə çox ədalətsiz, qərəzli bir mövqe idi. Bu gün də onlar İrana qarşı qərəzli ola bilərlər. İranı özlərinə tabe etdirmək istəyərlər. Onun iradəsini sındırmaq üçün sanksiya qoya bilərlər. Əgər, biz bunu qəbul ediriksə, bəli biz onlara qoşulmalıyıq, yox əgər bunu qəbul etmiriksə, biz gərək onda hüquqları tapdalanan İranı müdafiə edək. Biz imkan daxilində həmin sanksiyalardan yayınmalıyıq. Həmin sanksiyalarda iştirak etməməliyik. Bir ərəbşünas kimi, müsəlman dünyasını az-çox tanıyan insan kimi, bu mənim fikirlərimdir. Hüquqları bir çox hallarda tanınmayan Azərbaycan vətəndaşı kimi də, mən bu mövqedə dururam.

Amerikanın Səsi: İki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin perspektivlərini necə qiymətləndirirsiniz?

Zərdüşt Əlizadə: Əlaqələrin inkişafı, dərinləşməsi və genişlənməsi üçün hədsiz geniş perspektivlər var. Bunun üçün bizim tarixi, mədəni, insani zəminimiz var. Həm də geniş iqtisadi zəmin var. İki ölkə münasibətlərini yaxşılaşdırsa, hər iki xalq bunun xeyrini görər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG