Accessibility links

Zərdüşt Əlizadə: Xurafatdan xilasın yolu insan azadlığıdır


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Şərqşünas alimin Amerikanın Səsinə müsahibəsi

Şərqşünas alim Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insanların xurafata inanmasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Sosial şəbəkələrdə onlarla insanın “Qaloş Piri”ndə qaloşu öpməklə şəfa tapacağı barədə videolar yayılıb. Ölkədə insanların bu qədər xurafata yuvarlanmasının səbəbini necə izah edərdiniz?

Səhiyyəmizin bərbad vəziyyətində, insanların maliyyə durumunun ağır şəraitində, yaşamaq üçün insanlar gedib qaloşu da öpər, ayaqqıbını da öpər.

Zərdüşt Əlizadə: Bircə əsas səbəbi var. İnsanlarda, vətəndaşlarda əvvəla savad səviyyəsi aşağıdır. Çünki, bizim təhsil sistemimiz mütəmadi olaraq tənəzzülə uğrayır. İkicisi isə bizim gerçəkliyimizdə rasional meyarlara güvənc, o qədər zəifdir ki, insanlar xurafata və mövhumata inanmağa başlayırlar. Səhiyyəmizin bərbad vəziyyətində, insanların maliyyə durumunun ağır şəraitində, yaşamaq üçün insanlar gedib qaloşu da öpər, ayaqqıbını da öpər.

Amerikanın Səsi: Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyev əsərlərinin birində ötən əsrlərdə Azərbaycan ziyalılarının, - Abbasqulu ağa Bakıxanovun, Mirzə Kazımbəyin, Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin və digərlərinin xurafata qarşı mübarizə apardığını, insanları maarifləndirdiyini yazır. İndi, hökumətin bəyan etdiyi kimi bütün azadlıqların tam təmin edildiyi Azərbaycanda xurafata qarşı mübarizə necə təşkil edilib?

Zərdüşt Əlizadə: Xurafatdan xilasın yolu insan azadlığıdır
please wait

No media source currently available

0:00 0:04:04 0:00

Zərdüşt Əlizadə: Ramiz müəllim, əgər, bu cür, keçən əsrin, ondan əvvəlki əsrin işıqlı insanlarının adını çəkirsə, mən bunu yalnız pripiska (saxtakarlıq-red) adlandırıram. Çünki həmin adamlar Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının azad olmalarını istəyirdilər. Ramiz Mehdiyevin bütün fəaliyyəti Azərbaycan insanını, Azərbaycan xalqını əsarətdə saxlamağa yönəlib. Tam əks, digər qütbə yönəlib. Mən düşünürəm ki, xurafatdan xilas olmaq üçün insanlar ilk növbədə azad olmalıdır, özlərinə güvənməlidir, cəmiyyətə güvənməlidir. İndiki zamanda insanlar nə özlərinə, nə də cəmiyyətə güvənə bilmir. Ona görə xurafata üz tuturlar.

Amerikanın Səsi: Ölkədə xurafatın yayılmasının qarşısının alınması üçün nə edilməlidir? Vaxtı ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsurrullah var idisə, qərb təfəkkürlü Kefli İsgəndər də var idi. Hazırki dövrün şeyx nəsurullahları ilə kefli isgəndərlərini necə xarakterizə edərdiniz?

Müasir Azərbaycan cəmiyyətində kefli isgəndərlər çox azdır və cəmiyyət, kütlə onları qəbul etmir. Amma şeyx nəsrullahlar at üstədirlər, çapırlar, analoqu olmayan inkişafdan danışırlar.

Zərdüşt Əlizadə: Onu deyim ki, xurafata qarşı mübarizəni həmişə peyğmbərlər də deyib. Məhəmməd peyğəmbər xurafata qarşı kəskin olub. Quran xurafatı bir qələt kimi, yanlış bir məfhum kimi təbliğ edib. Sadəcə, xurafat cəhalətdən qidalanır. Din də həmişə insanları elmə və urfana dəvət edib. Azərbaycanda, əgər, 19-cu əsrdə, sonra 20-ci əsrdə xurafata qarşı mübarizəni işıqlı insanlar aparırdısa, əlbəttə Mirzə Cəlilin “Şeyx Nəsrullahı” parlaq misaldır. Bəli, mirzə cəlillər xurafata qarşı, o cümlədən də siyasi xurafata qarşı mübarizə aparırdılar. Amma, Kefli İsgəndər Azərbaycan cəmiyyətində həmişə azlıqda olub, həmişə kütlə tərəfindən rədd edilib, inkar edilib. Sovet dövründə də kefli isgəndərlər var idi, sovet sisteminin eybəcərliklərini xurafatla bağlayan adamlar var idi. Bunu deyirdilər və onları da Kefli İsgəndər kimi qəbul edirdilər. Sonra, müasir Azərbaycan cəmiyyətində kefli isgəndərlər çox azdır və cəmiyyət, kütlə onları qəbul etmir. Amma şeyx nəsrullahlar at üstədirlər, çapırlar, analoqu olmayan inkişafdan danışırlar.

Amerikanın Səsi: Hökumət hər il dövlət büdcəsindən dini maarifləndirmə ilə bağlı xeyli vəsait ayırır. Bu vəsaitdən düzgün istifadə edilirmi? Vəziyyətdən çıxış nədir?

Zərdüşt Əlizadə: Azərbaycanda bütün büdcə vəsaitləri mənimsənilir, oğurlanır və yazıda göstəriləndən fərqli məqsədlərə xərclənir. Görünür ki, xurafata qarşı da yönələn vəsait məqsədinə çatmır. Ona görə də xurafat güclənir.

Qeyd: Hökumət ölkədə insanların bütün fundamental azadlıqlarının tam edildiyini, vətəndaşların sosila-rifah halının sürətlə yaxşılaşdırğını bildirir. Rəsmi Bakı tənqidi fikirləri qəbul etmir və qərəzli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG