İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları “iqtisadi terrorizm” adlandırıb.
“ABŞ höküməti rəsmən bəyan edib ki, İran xalqı yemək istəyirsə, onlar siyasətlərini dəyişməlidir,” Zərif avqustun 5-də Tehranda keçirilən konfransda çıxışı zamanı deyib.
İranın Hörmüz boğazında xarici tankerləri ələ keçiməsi regionda gərginlikləri artırıb.
Əgər digər ölkələr də ABŞ-ın İran neftini almamaq çağırışına əməl edərsə, Tehran qlobal neftin beşdə bir hissəsinin nəql edildiyi Hörmüz boğazından bütün ixracatlara qadağa qoyacağı ilə hədələyib.
Tankerlərin Hörmüz və digər strateji su yolları ilə hərəkəti Vaşinqton və Tehran arasında İngiltərə və digər ölkələrin də qatıldığı qarşıdurmanın diqqət mərkəzindədir.
İran xarici işlər naziri həmçinin ABŞ-ın iyulun 31-i onun özünə qarşı tətbiq etdiyi sanksiyaları da tənqid edib.
Zərif Vaşinqtonun bununla ABŞ prezidenti Donald Trampın 2015-ci ildə çıxdığı nüvə sazişi ilə bağlı diplomatiyaya qapını bağladığını deyib.
Zərif şəxsən ona qarşı sanksiyaların "dialoqda və diplomatiyada məğlubiyyət" olduğunu bildirib.