Accessibility links

Zərif ABŞ-a xəbərdarlıq edib


Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü deyib ki, Tehran Birləşmiş Ştatların prezident Donald Trampın idarəçiliyi altında aparılan “gözlənilməz” siyasətinə cavab olaraq “gözlənilməz” addımlar ata bilər.

Tehranla Vaşinqton arasında gərginlik prezident Trampın admnistrasiyası ötən il İranın nüvə ambisiyalarının məhdudlaşdırmaq üçün əldə olunan beynəlxalq razılqdan geri çəkiləndən və sanksiyalar tətbiq edəndən sonra artıb. İran rəsmiləri yeni sanksiyaları “iqtisadi müharibə”adlandırıb.

Son aylarda beynəlxalq gəmilərə bir sıra hücumlardan sonra qlobal əmtəə ticarətinə ziyan dəyib. Birləşmiş Ştatlar bu hücumlara və Britaniya tankerinin ələ keçirilməsinə görə İranı günahlandırıb. Tehran bu ittihamları rədd edib.

İran Körfəzində Qərbin ən güclü dəniz donanmasına malik Vaşinqton müttəfiqlərini Hörmüz boğazında yük daşımanı mühafizə etməyə çağırıb.

Zərif deyib ki, İran körfəzindəki heç bir hərbi mövcudluq “təhlükənin qarşısını ala” bilməz.

Zərif həmçinin deyib ki, İran nüvə silahlarının yayılmaması razılığı qarşısındakı öhdəlikləri yerinə yetirməyə davam edəcək.

XS
SM
MD
LG