Accessibility links

Zərif gözlənilmədən G-7 sammitinin keçirildiyi Biarritsə gəlib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü gözlənilmədən Fransada G-7 (Böyük Yeddilik) sammitinin keçirildiyi Biarrits şəhərinə səfər edib. Lakin onun ABŞ nümayəndələri ilə görüşləri planlaşdırılmayıb.

Zərifin ABŞ prezidenti Donald Trampın yeddiliyin digər ölkələrinin liderləri ilə görüşdüyü Biarritsə gəlişi təəccüb doğurub.

Tramp İranın baş diplomatının Fransaya səfərini şərh etmək istəməyib.

Zərif Biarritsə Fransa prezidenti Emmanuel Makronun xahişi ilə gəlib. Makron Trampın Tehranla 2015-ci ildə İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan beynəlxalq razılaşmadan çıxmasından sonra İran Körfəzində yaranmış gərginliyi iranlı həmkarı Həsən Ruhani ilə müzakirə edib.

Fransa prezidenti Zəriflə sammitin açılışından əvvəl cümə günü Parisdə görüşüb və şənbə günü sammit iştirakçıları ilə İrana dair qızğın fikir mübadiləsindən sonra onu Biarritsə dəvət edib.

Tramp və Zərif arasında mümkün görüş barədə suala cavab verən fransalı diplomat "bu mərhələdə" görüşün planlaşdırılmadığını deyib. Lakin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Trampın İranla danışıqlar üçün “ilkin şərtlər” qoymadığını qeyd edib.

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Fransada G-7 sammitinin keçirildiyi Biarritsdə nahar yeməyi zamanı, 24 avqust, 2019.
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Fransada G-7 sammitinin keçirildiyi Biarritsdə nahar yeməyi zamanı, 24 avqust, 2019.

Makron Trampla şənbə günü nahar edib və Fransa mənbələrinə əsasən, Qərb və İran arasında münasibətlərində gərginliyin azaldılmasına dair öz planını açıqlayıb. Fransa lideri İranın qısa müddət ərzində neftini ixrac etməsinə imkan verilməsinə, 2015-ci ilin sazişinin tam yerinə yetirilməsinə, İran Körfəzi regionunda gərginliyin azaldılmasına, habelə yeni danışıqlara başlamağa çağırır.

Makron beynəlxalq sazişi xilas etməyə səy göstərir, lakin Tramp Fransa liderini Vaşinqtonla danışıqların mümkünlüyü ilə bağlı İrana "qarışıq siqnallar" göndərməkdə ittiham edib.

"İran ciddi maliyyə problemləri ilə üzləşib", Tramp bu ayın əvvəli Twitter səhifəsində yazıb və bunu ABŞ-ın razılaşmadan çıxmasından sonra Tehrana qarşı sanksiyaların bərpası ilə izah edib.

"Onlar ABŞ ilə danışmaq istəyirlər, amma Fransa prezidenti Makron da daxil olmaqla, guya bizi təmsil edənlərdən qarışıq siqnallar alırlar” - deyə, Tramp bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG