Accessibility links

Zərif: "İran heç bir zaman müharibə başlatmayıb"


İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın heç zaman müharibə başlatmadığını və başlatmayacağını deyib.

Zərif bunu bazar ertəsi Almaniya xarici işlər naziri Heyko Maasla Tehranda keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib. O, ABŞ-ı Fələstin xalqının hüquqlarında üstün tutduğu son sülh planı ilə Yaxın Şərqdə qeyri-stabillik yaratmaqda günahlandırıb.

İranın nüvə potensialı barədə sualına o, "nüvə silahı sualına İsrailin baş naziri Benyamn Netanyahunun cavab verməli olduğunu" söyləyib.

Maas onun Tehrana gəlişinin Almaniyanın İsrail ilə yaxın dostluğuna təsir etməyəcəyini deyib.

May ayında İsrailin kabinet rəhbəri Vaşinqtonla Tehran arasında qarşıdurmanın gərginləşdiyi təqdirdə Tehrana mümkün hücumlar barədə xəbərdarlıq edib.

ABŞ İrana qarşı iqtisadi və hərbi təzyiqləri artırıb, prezident Donald Tramp İran liderlərini nüvə proqramından istifadə etməməyə çağırıb və hərbi qarşıdurmanın istisna edilmədiyini bildirib.

XS
SM
MD
LG