Accessibility links

Zərif müharibə əleyhinə xəbərdarlıq edir


İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının neft obyektlərinə hücuma cavab olaraq İrana zərbə endirilməsini nəzərdən keçirənlərə xəbərdarlıq edib. Zərif xəbərdarlığı ABŞ dövlət katibi Mayk Pompeonun hücumda birbaşa İranı günahlandırması və Səudiyyə Ərəbistanında baş verənləri “müharibə aktı” adlandırmasından sonra verib.

Twitter sosial şəbəkəsində yazdığı mesajında Zərif İrana qarşı müharibə aparmaq niyyətində olduğunu düşündüyü ABŞ rəsmiləri və İsrailin baş naziri Benyamin Netanyahudan ibarət “B” qrupu adlandırdığı qrupa istinad edib.

Zərif onların ABŞ prezidenti Donald Trampı belə bir münaqişəni başlamaq üçün “aldatdıqlarını” yazıb.

“Onlar öz mənafeyi üçün dua etməlidirlər ki, istədikləri baş verməsin. Onlar hələ də 4 il əvvəl çox təkəbbürlü olduqları üçün sona çatdırmadıqları Yəmən müharibəsinin bədəlini çox az ödəyir” , Zərif Twitter səhifəsində yazıb.

ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının neft istehsalının müvəqqəti olaraq 5.7 milyon barrel həcmində, qlobal neft tədarükünün isə 6 faiz ixtisarı ilə nəticələnmiş hücumlara cavabla bağlı danışıqların davam etdirilməsi üçün cümə axşamı günü Əbu Dabiyə səfər edib.

Səudiyyə neft obyektlərinə hücumlarda İranın əli olduğu güman edilir.
Səudiyyə neft obyektlərinə hücumlarda İranın əli olduğu güman edilir.

Pompeo çərşənbə günü Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşüb.

“ABŞ Səudiyyə Ərəbistanı ilə bir dayanır və onun özünü müdafiə etmək hüququnu dəstəkləyir. İran rejiminin hədələyici davranışı qəbuledilməzdir” - deyə, Pompeo bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG