Accessibility links

Zabaykalyedə avtobus qəzasında 19 adam həyatını itirib


Rusiyanın Zabaykalye regionunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində iki uşaq da daxil olmaqla 19 nəfər həyatını itirib. Sretensk şəhərindən Çitaya gedən avtobusun donmuş Kuenqa çayı üzərindəki körpüdən aşdığı bildirilir.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, 22 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır. 14 nəfər Nerçinsk və Sretensk şəhərlərinin xəstəxanalarına yerləşdirilib. Avtobusda 43 sərnişin olub.

İlkin məlumatlara əsasən, fəlakətə səbəb təkərin partlaması olub. Bunun nəticəsində sürücü nəzarəti itirib və avtobus körpüdən çaya düşüb. Rəsmilər özü də qəza nəticəsində ölən sürücünün uzun illər təcrübəsi olduğunu bildiriblər.

Rusiya hökumətinin bəyanatında baş nazir Dmitri Medvedevin müavini Tatyana Qolikovaya hadisə qurbanlarının ailələrinə kömək üçün mümkün hər şeyi etməyi tapşırıb. “Hökumət başçısı ölənlərin ailələrinə başsağlığı bildirir”, bəyanatda deyilir.

İstintaq idarəsi yol təhlükəsizliyi qaydalarının mümkün pozulması ilə əlaqədar olaraq cinayət işinin açıldığını bildirib.

Rusiyada yol nəqliyyatı təhlükəsizliyi ilə bağlı vəziyyət dünyada ən pis səviyyədə olan ölkələr arasındadır.

Rusiyanın yol polis idarəsinin verdiyi məlumata əsasən, keçən il yol nəqliyyat qəzaları nəticəsində 18 min 214 adam həyatını itirib.

XS
SM
MD
LG