Accessibility links

Zakir Nuriyev: Dövlət yəqin ki, problemli kredit məsələsində kömək edəcək [Video-müsahibə]


Zakir Nuriyev: Dövlət yəqin ki, problemli kredit məsələsində kömək edəcək
please wait

No media source currently available

0:00 0:06:44 0:00

Zakir Nuriyev: Yəqin ki, dövlət problemli kredit məsələsində kömək edəcək

Azərbaycan Banklar Assosiasiyasının prezidentinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Amerikanın Səsinə müsahibəsində problemli kreditlər, vəziyyətdən çıxış yolları, bank sektorunda durumdan danışıb.

Amerikanın Səsi: Azərbaycanda nə qədər insanın problemli kredit öhdəliyi var? Problemli kredit öhdəliyinin regional strukturu necədir?

Bu kreditlər üzrə borc alanların sayı iki milyondur. 1 yanvar 2016-cı il tarixə mövcud olan kredit portfelinin 1,5 milyarda yaxın təxminən bir hissəsi vaxtı keçmiş kreditlər qisminə aiddir.

Zakir Nuriyev: Bu gün Azərbaycan banklarının toplam 35 milyarda (manat-red) yaxın aktivləri mövcuddur. Eyni zamanda, bu aktivlərin içərisində 20 milyard (manat-red) kredit portfelindən və kredit portfelinin də 15 milyardı (manat-red) uzun müddətli biznes kreditlərindən ibarətdir. Bu kreditlər üzrə borc alanların sayı iki milyondur. 1 yanvar 2016-cı il tarixə mövcud olan kredit portfelinin 1,5 milyarda (manat-red) yaxın təxminən bir hissəsi vaxtı keçmiş kreditlər qisminə aiddir. Hazırda gecikən kreditlərin böyük hissəsi (kredit portfelinin əsas hissəsi Bakı şəhərində cəmləşib) Bakı və Sumqayıt regionu üzrə cəmləşdiyini söyləyə bilərik.

Amerikanın Səsi: Problemli kreditləri devalvasiyadan öncəki 1 dollar = 1,05 manat məzənnəsi ilə ödəmək mümkündürmü? Vəziyyətdən çıxışı nədə görürsünüz?

Təbii ki, vətəndaşların bu və ya digər şəkildə çətinlikləri yaranıb. Yəni vətəndaşların mövcud olan gəlir və xərclərinin strukturunda dəyişiklik baş verib. Ona görə də bu cür dəyişikliklər zamanı borcların ödənilməsinə yardım göstərilməsi, hər hansı bir sosial layihənin həyata keçirilməsi yalnız dövlətə və hökumətə aid bir məsələdir.

Zakir Nuriyev: Kredit borclarının hər hansı bir məzənnə ilə ödənilməsi iqtisadi baxımdan müzakirə olunan məsələ deyil. O nöqteyi-nəzərdən ki, banklar və borc alanlar kredit müqavilələrində məzənnə ilə deyil, konkret olaraq borcun məbləğini fiksə etmişlər. Ona görə də hüquqi cəhətdən, yəni müqavilə öhdəlikləri ilə tənzimlənən bu öhdəliklərin bu və ya digər məzənnə ilə ödənilməsi məsələsi müzakirə obyekti ola bilməz. Çünki, vətəndaş deyək ki, min dollar borc almışsa, min dollar borcunu qaytarır. Bu zaman nə borc alınarkən və ya borc qaytarılarkən hər hansı bir məzənnə müqavilənin predmeti deyil. Lakin, təbii ki, devalvasiyadan sonra borcların manat ifadəsilə həcminin artması ilə bağlı suallar meydana çıxır. Lakin, bu suallar borc alan və borc verənlər üçün müzakirə obyekti olmamalıdır. Çünki eyni qaydada banklar vətəndaşlardan əmanətləri qəbul edib və bu əmanətlər də dollarla qəbul edilib. Orada da hər hansı bir məzənnə müzakirə mövzusu deyil. Onun üçün əgər biz qəbul etdiyimiz vəsaitləri hər hansı bir məzənnə ilə deyil, fiks məbləğlə qəbul ediriksə, ona müvafiq verilmiş kreditlər üzrə yaranmış öhdəliklərin də icraatı məhz hər hansı bir məzənnə ilə deyil, verilmiş valyutada, verilmiş həcmdə geri qaytarılmalıdır. Təbii ki, vətəndaşların bu və ya digər şəkildə çətinlikləri yaranıb. Yəni vətəndaşların mövcud olan gəlir və xərclərinin strukturunda dəyişiklik baş verib. Ona görə də bu cür dəyişikliklər zamanı borcların ödənilməsinə yardım göstərilməsi, hər hansı bir sosial layihənin həyata keçirilməsi yalnız dövlətə və hökumətə aid bir məsələdir. Bu vətəndaş və hökumət münasibətlərində tənzimlənir. Vətəndaşlar, yaxud borc alanlar və borc verənlər arasındakı öhdəliklər yalnız onlar arasında mövcud olan kredit müqavilələri və kredit öhdəlikləri ilə tənzimlənir.

Amerikanın Səsi: Yəni dövlət kömək etmir?

Zakir Nuriyev: Dövlət istənilən hallarda, istənilən şəraitdə öz vətəndaşlarına kömək edib, edir və yəqin ki, bu məsələdə də kömək edəcəkdir.

Ameikanın Səsi: Azərbaycan dövlətinin belə bir imkanı varmı, Sizin baxışınızdan?

Belə mənbələrdən biri kimi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi zamanı yaranmış fərqin bu məqsədə istifadə edilməsi mətbuatda bir sıra ekspertlər tərəfindən göstərilib. Hesab edirik ki, hökumət qərar verərsə belə bir mənbənin bu məqsədə istifadə edilməsi doğru olardı.

Zakir Nuriyev: Bilirsiniz, mətbuatda da bu barədə bir çox fikirlər səslənib və bir neçə mənbələr göstərilib. Belə mənbələrdən biri kimi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi zamanı yaranmış fərqin bu məqsədə istifadə edilməsi mətbuatda bir sıra ekspertlər tərəfindən göstərilib. Hesab edirik ki, hökumət qərar verərsə belə bir mənbənin bu məqsədə istifadə edilməsi doğru olardı.

Amerikanın Səsi: Daxili əmanətlərin geri çəkildiyi bir vaxtda bankların sağlamlaşdırılması üçün nə edilməlidir? Atılan addımlar yetərlidirmi?

Bu gün devalvasiya effekti nəzərə alınmaqla kommersiya banklarında toplam 9 milyardlıq əhali əmanətləri cəmləşdirilib. Hesab edirik ki, bu əmanətlərin hesabına bu günləri Azərbaycan bank sektorunda 2 milyarda yaxın və onun üzərində cari və izafi likvidiklik mövcuddur.

Zakir Nuriyev: Bu gün devalvasiya effekti nəzərə alınmaqla kommersiya banklarında toplam 9 milyardlıq (manat-red) əhali əmanətləri cəmləşdirilib. Hesab edirik ki, bu əmanətlərin hesabına bu günləri Azərbaycan bank sektorunda 2 milyarda (manat-red) yaxın və onun üzərində cari və izafi likvidiklik mövcuddur. Ona görə də bu gün əmanətlərin banklardan çəkilməsi və sairə kimi problem bank sektorunda mövcud deyildir. Lakin, əhalinin əmanətlərinin problemli banklarda və yaxud bağlanmış banklarda müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası parlamenti müvafiq qərar qəbul etdi (19 yanvar tarixində). Bu qərara görə banklarda olan əhalinin bütün əmanətlərinə 100 faiz həcmində dövlət tərəfindən zəmanət verildi. Hesab edirik ki, belə bir qərarın icraatına başlanması vətəndaşların kommersiya banklarında olan əmanətləri üçün tam zəmanət yaradır.

Amerikanın Səsi: Azərbaycan banklarının xarici kredit öhdəlikləri nə qədərdir. 2016-cı ildə banklar xarici kredit öhdəliklərini yerinə yetirə biləcəkmi?

1 yanvar 2016-cı il tarixə xarici borcların həcmi Beynəlxalq Bankın kommersiya banklarında 1,4 milyard manat həcmində vəsait təşkil edir.

Zakir Nuriyev: 1 yanvar 2016-cı il tarixə xarici borcların həcmi Beynəlxalq Bankın kommersiya banklarında 1,4 milyard manat həcmində vəsait təşkil edir. Hesab edirik ki, bu məbləğ Azərbaycan kommersiya bankları üçün kifayət qədər kiçik bir məbləğdir. Belə bir borcun xidmət edilməsi hesab edirik ki, problem olmayacaq. Çünki, qeyd etdiyim kimi, 1,4 milyard kifayət qədər kiçik bir məbləğdir ki, buna xidmət edilməsi hər hansı bir problem yaratmayacaq.

Amerikanın Səsi: Mərkəzi Bank kommersiya banklarının vəziyyətdən çıxması üçün təkrar maliyyələşmə faizini aşağı sala bilərmi və yaxud uzun müddətli kreditlər verə bilərmi?

Gələcəkdə banklara dövlət yardım proqramı nəzərdə tutulur.

Zakir Nuriyev: Ümumiyyətlə hazırda Azərbaycan Mərkəzi Bankının təkrar maliyyələşmə faizi olduqca kiçikdir. Bu məbləğ banklara göstərilən yardım və digər proqramlarda faiz dərəcəsində xüsusi bir problemli əhəmiyyət kəsb etmir. Lakin kommersiya banklarında cari likvidiklə problem yarandığı anlarda Mərkəzi Bank bütün banklara cari likvidiklik üzrə yardım göstərir. Belə bir praktika hazırda da mövcuddur və davam edir. Lakin, gələcəkdə banklara dövlət yardım proqramı nəzərdə tutulur. Əgər belə bir yardıma ehtiyac olarsa hesab edirik ki, istər Mərkəzi Bank, istərsə də hökumət bu yardım proqramlarını banklara təklif edəcək. Ehtiyac olarsa, zərurət yaranarsa banklar bu yardımdan yararlana biləcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG