Accessibility links

Zaman maşını kamerası [Video]


Zaman maşını kamerası
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Çox önəmli bir anı lentə almaq üçün kameranı əlimizə alıb, geçikdiyimiz dəfələrlə başımıza gəlib. Bir düyməni basmağa gecikməklə çox dəyərli bir anın şəklini çəkə bilməmək mümkündür. Amma Niderlandda ixtiraçılar “record,” yəni “çək” düyməsini basmadan belə çəkməyə başlayan kamera üzərində çalışırlar.

Biz kameranı elə proqramlaşdırdıq ki, o, çox az enerjidən istifadə edir, batareyası isə yeddi saat davam edir. Bu da o deməkdir ki, siz demək olar bütün günü ondan istifadə edə bilərsiniz.
Scoerd Pitstra

1960-cı ildə çəkilən The Time Machine, Zaman Maşını filmində Corc Uells keçmişə və gələcəyə zəyahət edə bilsə də, real həyatda keçmişə geri getmək hələ də xəyal olaraq qalır.

Amma yeni kamera vasitəsilə bu xəyal artıq reallığa çevrilə bilər.

Hollandiyalı iki sahibkar Roader kamerasını inkişaf etdirib. Bu kamera start düyməsi basılmadan öncə baş verənləri lentə almağa başlayır. Beləcə insanlar artıq onlar üçün çox özəl olan anları gecikmədən çəkə biləcəklər.

Kamera bütün günü çəkməsə də, buffer edir.

“Bu o deməkdir ki, kamera qısa müddət ərzində belə gördüyü hər şeyi yaddaşında saxlayır. Mən çəkmək istədiyim nəyi isə görəndə, kameranın düyməsini basıram və kameranın çəkdiyi kadr mən düyməni basandan 10 saniyə öncədən başlayır,” deyə Roader-in ixtiraçısı Scoerd Pitstra bildirir.

Kamera aktivləşdirilmədən öncəki 10 saniyəlik kadrı, eləcə də düymə basılandan sonrakı 10 saniyəni də qeydə alır. Daha sonra bu 20 saniyəlik klip avtomatik olaraq bluetooth vasitəsilə istifadəçinin smartfonuna yüklənir.

Kamera artıq iki ildir inkaş etdirilir. Bu prosesdə ən böyük çətinlik kameranın davamlı olaraq buffer edə bilməsi üçün enerji baxımından kifayət qədər səmərəli olmasını təmin etmək olub.

“Biz kameranı elə proqramlaşdırdıq ki, o, çox az enerjidən istifadə edir, batareyası isə yeddi saat davam edir. Bu da o deməkdir ki, siz demək olar bütün günü ondan istifadə edə bilərsiniz,” Pitstra deyir.

Bu o deməkdir ki, kamera qısa müddət ərzində belə gördüyü hər şeyi yaddaşında saxlayır. Mən çəkmək istədiyim nəyi isə görəndə, kameranın düyməsini basıram və kameranın çəkdiyi kadr mən düyməni basandan 10 saniyə öncədən başlayır.
Scoerd Pitstra

Kameranın linzası 120 dərəcəlik görüntü əhatəsinə malikdir. Standart smartfon kamerasının görüntü əhatəsi isə 60 dərəcədir. Bundan əlavə kamerada mikrofon da var və o, videonu eyni anda iki fərqli görüntü dəqiqliyi ilə çəkir. Onlardan biri sürətli şəkildə sosial mediada paylaşıla bilmək üçün aşağı çözümlülük ilə çəkilmiş video, ikinci isə kompyuterə yüklənə bilinən yüksək çözümlülü videodur.

Kameranı boynunuzdan asdığınız ip həm də yükləmə kabeli kimi istifadə oluna bilir.

Hazırda kamera istehsaldan öncəki mərhələdədir və son sınaqlardan keçirilir. İxtiraçılar kameranı İndiegogo adlı kraudfandinq (kütləvi kiçik ianə toplama kampaniyası) saytına yerləşdirib və bu ilin sonunda artıq kütləvi şəkildə satışa çıxarmağı planlaşdırır.

XS
SM
MD
LG