Accessibility links

AXCP fəalı azadlığa buraxılıb


Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev yanvarın 19-da azadlığa buraxılıb.

Zamin Salayev: Həbs həyatım ağır keçdi
please wait

No media source currently available

0:00 0:03:08 0:00

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, ötən ilin noyabrında Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktı ilə azadlığa buraxılıb.

"Amnistiya aktına görə, 3 ilə qədər həbs cəzası olanlar həbs müddətinin bitməsinə 6 ay qalmış azadlığa buraxılır," o qeyd edib.

Salayev qeyd edib ki, həbsdə olan müddətdə səhhətində ciddi problemlər yaranıb.

"Gözlərim demək olar ki, fəaliyyətini itirib, ayaqlarım tutulur, daxili orqanlarımda da problem var. Hamısı həbsdə gördüyüm işgəncələrin və keçirdiyim aclıq aksiyaların nəticəsidir," AXCP fəalı deyib.

Zamin Hacıyev həbs həyatının çox ağır keçdiyini bildirib. O, dəfələrlə işgəncələrə məruz qaldığını və aclıq aksiyaları keçirdiyini deyib.

“İşgəncələr ilk olaraq 16 saylı Cəzaçəkmə Müəssisəsində başlayıb. Dəfələrlə qollarımı, qıçlarımı çarpayıya bağlayıblar. Əli-qolu bağlı yerə yıxıblar, üzərimə çıxıblar, vurublar, döyüblər. Bunlar dəfələrlə olub. 32-33 gün aclıq aksiyam olub. Yenə də üzərimə basqın ediblər. Hədə-qorxu gəliblər. Ümumiyyətlə həbsxanada çox döyülmüşəm. Rəis, rəis müavini, əməliyyat üzrə rəis tərəfindən ağır işgəncələrə məruz qalmışam. Dəfələrlə cərimə təcridxanasına salınmışam. Sonra 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər,” o qeyd edib.

Salayev deyib ki, işgəncəyə məruz qalması faktları ilə bağlı vəkili, üzvü olduğu AXCP və ailəsi tərəfindən şikayətlər edilib.

“Ombudsmana və Qızıl Xaş Komitəsinə məlumat verilib. Mənə gəlib baş çəkiblər, amma fayda verməyib,” o qeyd edib.

Siyasi fəal hesab edir ki, Azərbaycanda həbsxanalardakı durum keçmiş Sovet rejiminin həbsxanalarındakı, müharibə dövürünün əsir düşərgəsinə bənzəyir.

“Həbsxanalarda Ombudsman Aparatının əməkdaşları mənə baş çəkəndə işgəncə faktlarını göstərirdim. Qollarımda qandal yerləri, göyərtilər qalırdı, amma heç nə edə bilmirdilər,” o qeyd edib.

O, həbsdən əvvəlki siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

Salayev onunla bağlı xəbərləri ictimaiyyətə çatdırdığına görə azad media əməkdaşlarına təşəkkür edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə siaysi fəalın işgəncələrlə bağlı dediklərini təkzib edib.

“Onun dediyi yalandır, elə bir hal olmayıb. Nə Zamin Salayevə, nə də digər məhbuslara cəzaçəkmə müəssisələrində işgəncə verilmir. Əgər onun hər hansı bir narazılığı varsa, və ya o hesab edirsə, ona qarşı bu və ya digər qanunazidd hərkət olub, aidyyatı orqanlara müraciət edə bilər, orada araşdıracaqlar,” Sadıqov Amerikanın Səsinə bildirib.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətə uyğun olmadığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG