Accessibility links

Zamirə Hacıyevanın zinət əşyalarına həbs qoyulub


Britaniya Krallığının Milli Cinayət Agentliyi (NCA) məhkəmədə ümumilikdə 400 min funt sterlinq ($521,000) dəyərində 50-ə yaxın zinət əşyasının üzərinə həbs qoymağa nail olub. Onlar Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus idi və satışa çıxarılacaq Christie’s hərrac evində qiymətləndirmədən keçiriliblər.

Həyat yoldaşı hazırda Azərbaycanda həbsdə olan Zamirə Hacıyeva Britaniyanın yeni anti-korrupsiya səyləri çərçivəsində hədəf alınan yeganə azərbaycanlıdır.

Sapfir və yaqutlarla bəzədilmiş 120 min funt sterlinq ($156,000) dəyərində olan Boucheron və 20 min funt sterlinq ($26,000) dəyərində olan Van Cleef & Arpels boyunbağıları daha çox diqqət cəlb ediblər.

​Britaniya Krallığının Milli Cinayət Agentliyi Londonda dəbdəbəli həyat sürən Zamirə Hacıyevanın sərvətinin mənbəyinin araşdırmağa başladıqdan sonra zinət əşyalarının üzərinə həbs qoyulub.

Beynəlxalq Bankın keçmiş sədri (2001-2015) Cahangir Hacıyev 2015-ci ildə bankdan $138 milyon mənimsənilməsində, fırıldaqçılıq, israfçılıq və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə 15 il həbsə məhkum olunub. Cahangir Haciyev bütün ittihamları rədd edib.

Üzərinə həbs qoyulmuş sapfir və rubinlərlə bəzədilmiş 156 min $ dəyərində olan Boucheron və 26 min $ dəyərində olan Van Cleef & Arpels boyunbağıları.
Üzərinə həbs qoyulmuş sapfir və rubinlərlə bəzədilmiş 156 min $ dəyərində olan Boucheron və 26 min $ dəyərində olan Van Cleef & Arpels boyunbağıları.

Haciyevin həbsindən sonra onun həyat yoldaşı ölkədən qaçıb və Böyük Britaniyada “investor vizası” ilə yaşayıb. Məhkəməyə təqdim olunan sənədlərə əsasən Haciyeva lüks həyat tərzi sürüb: O dünyada ən məşhur lüks mağazalardan biri olan Harrods-da 10 ilə toplam 16 mliyon funt sterlinq ($21 milyon dollar) xərcləyib. Zamirə Haciyevanın bahalı şərablar, zinət əşyaları aldığı, şəxsi təyyarə və Askotda 10 milyon funt sterlinq dəyərində qolf kluba və Londonun mərkəzindədaşınmaz əmlaka sahib olduğu bildirilir. O bunun üçün təqribən 30-a yaxın kredit kartdan istifadə edib.

Bütün bu alış-verişlər, xüsusilə də Londonda 22 milyon funt sterlinqə alınmış evin 2018-ci ilin fevral ayında Britaniya Krallığının Milli Cinayət Agentliyinin (NCA) ondan pulların mənbəyini tələb etməyə səbəb olub. Hacıyeva bunu edə bilməyib. Nəticədə agentlik onun adına tarixdə ilk dəfə olaraq “İzahedilməmiş Sərvət Sərəncamı” imzalayıb və məhkəmə vasitəsilə onun “şübhəli” aktivlərinə həbs qoyub.

Böyük Britaniyada bu məsələ ilə bağlı məhkəmə prosesi oktyabr ayında başlayıb. Vestminster şəhər məhkəməsi Milli Cinayət Agentliyinin pulların mənbəyinin araşdırması çərçivəsində zinət əşyalarının 6 ay müddətində saxlaya bilər.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG