Accessibility links

Zəncanda hicab və ‘İran-İslam həyat tərzi’ təbliğatı genişlənir


Zəncan vilayəti
Zəncan vilayəti

Fevralın 29-da Zəncan vilayətində müxtəlif dövlət qurumları məsullarının qatıldığı iclasda vilayətdə ‘İran-İslam həyat tərzi’ və hicab ənənəsinin toplumda daha geniş yayılmasının zərurətinə diqqət çəkilərək, xüsusilə bu istiqamətdə yayımlanan televizya proqramlarının artacağı bildirilib.

Mehr xəbər agentliyinə istinadən, “Əmr bil-məruf və nəhy ənil-münkər” (Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə) qərargahının təşkil etdiyi tədbirdə Zəncan şəhərinin imam-cüməsi və İranın ali ruhani liderinin Zəncan vilayətindəki nümayəndəsi Höccətül-İslam Əli Xatəmi İran-İslam həyat tərzinin yayılması və bu istiqamətdə ümumi iradənin səfərbər olunmasının zərurəti haqqında danışıb.

İran Radio və Televizya qurumu Zəncan şöbəsinin baş direktoru Murtaza Səfəri isə bu istiqamətdə həmçinin hicab ənənəsinin təbliğinə dair bir çox televizya proqrlaramının hazırlanmaqda olduğunu qeyd edib.

İclasda iştirak edən Zəncan Bələdiyyə Başqanı şəhərin müxtəlif məhəllələrində “Əmr bil-məruf və nəhy ənil-münkər” mövzulu mindən artıq lövhənin yerləşdiriləcəyini bildirib.

Şiə şəriətində xüsusi önəm daşıyan “Əmr bil-məruf və nəhy ənil-münkər” (Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə) qaydası əsasında müsəlmanlar başqa müsəlmanları yaxş işlər görməyə dəvət edib, onları pis işlərdən çəkindirmək kimi öhdəliyə malikdirlər. İranda din xadimləri və dövlət rəsmiləri həmin qaydaya istinad edərək, əhalini, xüsusilə də standart hicaba uyğun bir şəkildə geyinməyən qadınlara xəbərdarlıq edilməsinə çağırırlar.

XS
SM
MD
LG