Accessibility links

Zəncanda Türk Dil Ocağı qış kursları təşkil edib


Türk Dil Ocağı - Zəncan
Türk Dil Ocağı - Zəncan

İran Azərbaycanının Zəncan vilayətində fəaliyyət göstərən Türk Dil Ocağı “Qızıl Özən” və “İşraq” dərnəklərinin əməkdaşlığı ilə 2016 qış mövsümü üçün türk dili və ədəbiyyatı kursları başladıb.

Ocağın sosial şəbəkələrdə yaydığı bildirişə istinadən, bütün əhaliyə açıq və pulsuz olan bu siniflər 8 həftəlik bir dövrdən sonra başa çatacaq.

Dil bilgisi, nəsr, kitab oxuma, Dədə Qorqud oxuma, ədəbi tənqid, hekayə və şeir siniflərindən ibarət olan layihə yanvarın 24-dən Zəncan şəhərinin İmam Mədəniyyət Mərkəzinin şeir otağında fəaliyətə başlayıb.

Əbuzər Cəfəri, Əli Kərimi, Fərhad Hüseyni, Rəsul Qəmbəri, Əli-Əsgər Ocaqlı və İsa Qasımpur kursların könüllü müəllimləri olaraq fəaliyyət edirlər.

Zəncan vilayəti İran Azərbaycanının önəmli mədəniyyət mərkəzlərindən sayılır. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”-nın göstəricilərinə görə, Zəncan vilayətində əhalinin 94.4 faizini türklər təşkil edir.

1971-ci ildə Pəhləvilər dönəmində vilayət elan edilən Zəncan bölgəsi Qacarlar dövründə Azərbaycan vilayətinin bir parçası olub. Vilayət və eyni adı daşıyan vilayət mərkəzinin adı yerli əhali tərəfindən Zəngan kimi də tələffüz olunur.

XS
SM
MD
LG