Accessibility links

Zaqatala və Balakəndə çaylar daşıb, əraziyə helikopter cəlb edilib


Zaqatala və Balakəndə çaylar daşıb, əraziyə helikopter cəlb edilib
Zaqatala və Balakəndə çaylar daşıb, əraziyə helikopter cəlb edilib

Azərbaycanın Balakən və Zaqatala rayonlarında intensiv yağışların yağması nəticəsində evləri su basıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

“Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.”

Nazirlik əlavə məlumat veriləcəyini bildirib.

Öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib ki, sentyabrın 23-ü yerli vaxtla saat 13:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 120.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG