Accessibility links

Zaur Əkbər: Azərbaycandan fərqli olaraq Belarusda siyasi məhbus yoxdur


Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının 10 illiyilə bağlı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilir. Toplantıda Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali nümayəndəsi Federica Mogherini, Avropa İttifaqının Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissarı Johannes Hahn və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu adından bu forumun idarə heyətinin üzvü Zaur Əkbər çıxış edib.

Zaur Əkbər: Azərbaycandan fərqli olaraq Belarusda siyasi məhbus yoxdur
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Zaur Əkbər Amerikanın Səsinə müsahibəsində bildirib ki, Şərq Tərəfdaşlığı proqramına daxil olan altı ölkəni (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova) əhatə edən çıxışında bu ölkələrdə vətəndaş cəmiyyətinin mövcud durumu və insan hüquqları məsələlərinə toxunub.

“Çıxışımın Azərbaycanla bağlı hissəsində siyasi məhbuslar, QHT qanunvericiliyinə edilən neqativ dəyişikliklər, vəkillərin müstəqil mövqeyinə görə təqiblərə məruz qalması və Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından danışdım. Sadaladığım bütün problemlərin həllində isə ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin vacib olduğunu dedim,” o qeyd edib.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı xarici işlər nazirləri
Avropa İttifaqı Şərq Tərəfdaşlığı xarici işlər nazirləri

O bildirib ki, ölkədə 51 siyasi məhbus azad edilsə də problemin tam həllini tapmayıb.

“Bütün siyasi məhbuslar azad edilməlidir.”

Zaur Əkbər deyib ki, son on ildə əsasən Ukrayna və Gürcüstanın QHT sektorunda tərəqqi müşahidə edilib.

“Hər iki ölkə Avropa Birliyi və Avropa Komissiyası ilə bir sıra proqramlar həyata keçirib. Erasmus proqramı nəticəsində bu ölkələrdən çoxsaylı gənclər Avropa universitetlərində təhsil alıb. Bu ölkələrdə yerli vətəndaş cəmiyyəti institutları mobilizasiya ola bilib. Moldovada da problemlər qalır. Amma, o ölkədə tədrici inkişaf var. Ermənistanda məxməri inqilabdan sonra vətəndaş cəmiyyəti ilə bağlı yenidən fotrmalaşma olduğunu bildirdim. Orada da problemlər qalır. Belarusda da vətəndaş cəmiyyəti ilə bağlı problemlər qalır. Amma, bu ölkənin insan hüquqları sahəsində Avropa İttifaqı ilə dialoqa başlamasını müsbət qiymətləndirdim. Tezlikldə Belarusla Avropa İttifaqı ölkələri arasında viza liberallaşmasının tətbiq olunacağının bu və digər problemlərin həllinə kömək edəcəyini dedim.”

Belarusda siyasi məhbus yoxdur. Azərbaycanda isə təxminən 70 siyasi məhbus qalmaqdadır.
Zaur Əkbər, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun idarə heyətinin üzvü

Zaur Əkbər Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrlə Azərbaycandakı durumu müqayisə edərkən deyib ki, Azərbaycanda digər üzv dövlətlərlə müayisədə vəziyyət ürəkaçan deyil.

“Həm QHT qanunvericiliyi, həm siyasi məhbusların olması, həm toplaşmaq azadlığı, həm ifadə azadlığı, həm də azad mətbuat baxımından ölkədə durum yaxşı deyil. Bəzi şəxslərin ölkədən çıxışına qadağalar son zamanlar götürülsə də, problıemin bütövlükdə həlli qalmaqdadır. Ümumilikdə ölkədə vətəndaş cəmiyyətinin azad fəaliyyətinin hələ də məhdud olması əsas problemlərdən biridir.”

O, Azərbaycan və Belarusda ümumi durumu müqayisə edərkən deyib ki, “təəssüf ki, Belarusda siyasi məhbus yoxdur. Azərbaycanda isə təxminən 70 siyasi məhbus qalmaqdadır,” Zaur Əkbər qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG