Accessibility links

Zaur Əkbər: Vətəndaş cəmiyyəti ilə bağlı fundamental problemlər qalmaqdadır


Zaur Əkbər: Vətəndaş cəmiyyəti ilə bağlı fundamental problemlər qalmaqdadır
please wait

No media source currently available

0:00 0:06:03 0:00

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Zaur Əkbər Amerikanın Səsinə müsahibəsində Azərbaycanın öhdəlikləri və vətəndaş cəmiyyətinin durumundan danışıb.

Amerikanın Səsi: Siz Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (Milli Platforma) Azərbaycan üzrə koordinatoru seçilibsiniz. İlk öncə Azərbaycanla Avropa Birliyi arasında münasibətlərlə bağlı fikrinizi bilmək maraqlıdır? Bu münasibətləri necə görürsünüz?

Zaur Əkbər: Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq barədə 2009-cu ildə 6 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus-red) dövlət başçıları səviyyəsdində qərar qəbul olunub. Azərbaycan da digər ölkələr kimi üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin ən vacibi, birinci bəndində demokratiya və insan haqları məsələsi durur. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı davam etdirir, amma bu sahədə durum o qədər də qənaətbəxş deyil. Biz beynəlxalq tədbirlərdə Azərbaycan hökumətini təmsil edən insanların çoxluğuna rast gəlmirik. Onların bu prosesdə aktiv niyyətini görmürük. Bu da bizi narahat edir. Ölkədə yaranmış hazırkı ab-hava, durum Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasından da yan keçməyib. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti öhdəliklərini yerinə yetirməlidir. Artıq biz gecikirik. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində artıq 4 ölkə ilə assosiativ saziş imzalanıb. Sazişi imzalayan sonuncu ölkə Ermənistan oldu. Azərbaycan ilə də bu sazişin imzalanması gözlənilir. Biz imzalanmanı bu il gözləyirdik. Təəssüflər olsun ki, gecikdi. Görünür müəyyən məsələlərdə Avropa İttifaqı ilə Azərbaycan razılığa gələ bilmir. Ümid edirik ki, assosiativ saziş gələn il imzalanacaq. İstənilən halda Azərbaycanın bir yolu var. Bu, Avroatlantik məkana inteqrasiyadır.

Amerikanın Səsi: Şərq Tərəfdaşlığının vətəndaş cəmiyyəti ilə bağlı layihələrinin Azərbaycanda icra durumu necədir? Bu forum çərçivəsində Azərbaycanda vətəndaş cəmiyyətlərinin dəstəklənməsi üçün hansı yeni addımlar atılmalıdır?

Milli Platformanın Elçin Abdullayev, Anar Orucov, Leyla Əliyeva, Zöhrab İsmayıl kimi üzvlərinin ölkəyə qayıtmasında hələ də böyük risklər var

Zaur Əkbər: Ölkədə vətəndaş cəmiyyəti ilə bağlı fundamental problemlər hələ də həll olunmamış qalmaqdadır. Vətəndaş cəmiyyəti institutları layihələr həyata keçirilməsində bir çox problemlərlə üzləşir. İndi biz beynəlxalq təşkilatların, xüsusən Vətəndaş Cəmiyyəti Forumunun elan etdiyi layihələrdə iştirak etmək üçün daha çox vətəndaş cəmiyyəti nümayəndələri kimi yox, servis müqavilə imzalamaqla sahibkar kimi iştirak edirik.

Bir də onu qeyd etmək istəyirəm ki, Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının üzvləri daha çox beynəlxalq təşkilatların tədbirlərində, xüsusilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təşkil etdiyi tədbirlərdə xüsusi aktivliklə seçilirlər. Biz insan haqları, demokratiya, ən əsası isə Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ məsələsini müzakirə mövzusuna çeviririk.

Şad olardıq ki, Azərbaycan hakimiyyəti sadaladığım üç məsələ ilə bağlı həqiqətən beynəlxalq təşkilatlarda, xüsusilə də Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində tədbirlərdə aktiv iştirak etsin.

Amerikanın Səsi: Ölkədə vətəndaş cəmiyyəti platformasında durum necədir? Bu sahədə hansı islahatlara ehtiyac duyulur? Azərbaycan Respublikası Şərq Tərəfdaşlığı qarşısında götürdüyü öhdəlikləri niyə vaxtında yerinə yetirə bilmir?

Zaur Əkbər: Milli Platforma cəmiyyətin içində olduğundan problemlər bizdən də yan keçmir. Problemlərdən biri qanunvericiliklə bağlıdır. Milli Platformanın bəzi üzvləri məsələn, Elçin Abdullayev, Anar Orucov, Leyla Əliyeva, Zöhrab İsmayıl kimi üzvlərinin ölkəyə qayıtmasında hələ də böyük risklər var. Digər üzvlərimiz - Ziya Quliyev, Rəsul Cəfərov, İlqar Hüseynli, Həsən Hüseynli və digər adlarını sadalamadığım fəallar ölkədən xaricə gedib-qayıdanda sərhəd yoxlamalarına məruz qalırlar. Hesab edirəm ki, bu, bir növ vətəndaş cəmiyyətinə olan təzyiq formasıdır. Azərbaycanda hələ də siyasi məhbuslar problemi qalmaqda davam edir. Biz artıq Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkə olaraq geridə qalırıq. Bütün ölkələr irəliyə doğru addımlar atır, amma Azərbaycan hakimiyyətinin problemlərin həlli isitiqamətində hələ ki, ciddi bir addım atmaq niyyəti görünmür. İstərdim ki, Azərbycan hakimiyyəti ortaya siyasi iradə qoysun və ölkədəki fundamental problemlərin aradan qaldırılması istiqamətində konkret əməli addımlar atsın. Bunun üçün mən Milli Platformanın rəhbəri olaraq artıq xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşmək niyyətindəyəm. Xarici İşlər Nazirliyi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində danışıqlarda iştirak edən məsul qurumdur. Ona görə də bizim tərəf müqabilimiz onlardır. Ümid edirəm ki, bu yaxınlarda onlarla görüşüb problemləri müzakirə edə biləcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG