Accessibility links

"Məqsəd anti-semitizm, nifrət nitqlərinə qarşı mübarizə yollarının müzakirəsidir." [Video-Müsahibə]


Zaur Əkbər "Tolerantlığın Təbliğatı" proqramının təqaüdçüsü
please wait

No media source currently available

0:00 0:07:35 0:00

Zaur Əkbər "Tolerantlığın Təbliğatı" proqramının təqaüdçüsü

Gənclərin Atlantik Əməkdaşlığı Assosiasiyasının rəhbəri Zaur Əkbər Fridrix Naumann Fondu və Amerika Yəhudi Komitəsinin sponsorluğu təşkil olunan "Tolerantlığın Təbliğatı" proqramı çərçivəsində ilə Birləşmiş Ştatlarda səfərdədir. Vaşinqtonda görüşlər keçirən Əkbər ölkənin başqa şəhərlərinə yollanmazdan öncə Amerikanın Səsinin qonağı olub.

Müzakirələrimizin əsas mövzusu Azərbaycanda ictimai-siyasi vəziyyət, referendumdan sonrakı durum, son həbslər oldu.
Zaur Əkbər

“10 günlük proqram çərçivəsində biz Nyu York, Atlanta, Los Ancelesdə olacağıq,” deyə Əkbər Amerikanın Səsinə məlumat verib. Görüşlərin əsas qayəsi proqram iştirakçılarını Amerika yəhudilərinin təcrübəsi haqda məlumatlandırmaqdır. “Onların həyat tərzi, ictimai-siyasi sistemdə necə aktiv olmaları ilə tanış olacağıq,” Zaur Əkbər bildirir. “Əsas məqsəd anti-semitizm, nifrət nitqlərinə qarşı mübarizə yollarının müzakirəsidir.”

Mübadilə proqramında Azərbacyandan yeganə iştirakçı olaraq Zaur Əkbər öz ölkəsinin tolerantlq ənənələrini amerikalılar və başqa millətlərin nümayəndələri ilə paylaşmaq fikrindədir. “Mən azərbaycanlı olaraq yəhudi icmasının Azərbaycandakı təcrübəsini onlarla bölüşəcəyəm,” o bildirir.

ABŞ paytaxtında görüşlərində Zaur Əkbər Makkeyn İnstitutunda David Kramer, Corc Meyson Universitetində sabiq səfir Riçard Kazlariçlə görüşüb. O, habelə Milli Demokratiya İnstitutu və Milli Respublikaçılar İnstututunun baş qərargahında olub. “Müzakirələrimizin əsas mövzusu Azərbaycanda ictimai-siyasi vəziyyət, referendumdan sonrakı durum, son həbslər oldu,” Əkbər Amerikanın Səsinə deyib.

Mən əminəm ki, biz istədiyimiz cəmiyyəti - azad demokratik və firavan Azərbaycanı qura biləcəyik.
Zaur Əkbər

Amerikada olduğu müddətdə Zaur Əkbər ABŞ-da keçirilən prezident seçkilərini izləmək imkanı qazanıb. Seçkilər haqda təəssüaratlarını paylaşan Əkbər Amerikada demokratiya ənənəsinin oturuşduğöu və insanların səsverməyə ciddi münsaibət göstərdiyini müşahidə edib. “İnsanlar anlayırdılar ki, gələcəyə biganə qalmaq olmaz,” o bildirib.

“Mən əminəm ki, biz istədiyimiz cəmiyyəti - azad demokratik və firavan Azərbaycanı qura biləcəyik,” deyə Zaur Əkbər gələcəklə bağlı ümidlərini ifadə edib.

XS
SM
MD
LG