Accessibility links

Zaur Əkbər: Azərbaycan hakimiyyəti dialoq təklifində heç zaman səmimi olmayıb [Video]


Zaur Əkbər: Azərbaycan hakimiyyəti dialoq təklifində heç zaman səmimi olmayıb
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Zaur Əkbər: Azərbaycan hakimiyyəti dialoq təklifində heç zaman səmimi olmayıb

Gənclərin Atlantik Əməkdaşlığı Assosiasiyasının rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Gənclərin Atlantik Əməkdaşlığı Assosiasiyasının rəhbəri Zaur Əkbər Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqının qonşuluq siyasəti, Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi və problemlərin aradan qaldırılması yollarından danışıb.

Amerikanın Səsi: Avropa Komissiyası Azərbaycanın vətəndaş cəmiyyətləri ilə Avropa Qonşuluq Siyasətinin gələcək priroritetləri ilə bağlı məsləhətləşmələr aparır. Siz bu məsləhətləşmələrdə iştirak edirsiniz. Məsləhətləşmələrdə əsasən hansı istiqamətlərə üstünlük verilir?

Burada əsas priotiret məsələ ölkədə vətəndaş cəmiyyəti institutlarına qarşı fəaliyyətin və tətbiq olunan məhdudiyyətlərin aradan götürülməsidir.

Zaur Əkbər: Son iki ildə vətəndaş cəmiyyətinə qarşı aparılan səlib yürüşündən, Avropa institutlarının fəaliyyətinin burada dayandırılmasından sonra əlbəttə ki, Qərb qurumları xüsusilə Avropa institutları Azərbaycanda yaranmış vəziyyətlə bağlı çox narahatçılıq keçirirlər. Bunun üçün də vətəndaş cəmiyyəti fəalları və bununla paralel olaraq dövlət rəsmləri ilə görüşlər aparırlar. Ölkədə vəziyyətin yaxşılaşdırılması istiqamətində, xüsusilə də daha açıq desək priotiret məsələ qanunvericiliyin təkmilləşdırılməsi istiqamətində bir sıra addımların atılmasını hakimiyyətlə məsləhətləşirlər. Təbii ki, ara-sıra vətəndaş cəmiyyətinin aktiv nümayəndələri ilə görüşürlər, mən də bu görüşlərin bir neçəsində iştirak eləmişəm.

Burada əsas priotiret məsələ ölkədə vətəndaş cəmiyyəti institutlarına qarşı fəaliyyətin və tətbiq olunan məhdudiyyətlərin aradan götürülməsidir.

Bildiyimiz kimi, Azərbaycan hökuməti “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq edir və bu çərçivədə müəyyən vəsait ayrılır ki, hansı ki, Azərbaycanda demokratiya, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində xərclənir və bu prosesi Avropa Komissiyası birbaşa olaraq həyata keçirir. İndiki reallıqda isə bu prosesi həyata keçirmək qeyri-mümkündür. Belə demək mümkündürsə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Amerikanın Səsi: Avropa Qonşulaq siyasətinin hansı istiqamətləri Azərbaycanda uğur qazanıb, hansı istiqamətlərdə çətinliklər var?

Rusiyanın Ukraynadakı işğalından sonra regionda iqtisadi, siyasi, təhlükəsizlik məsələlərində xeyli dəyişiklik oldu.

Zaur Əkbər: Bilirsiniz, uğur qazanmaq deyəndə, uğur ondan ibarətdir ki, Avropa ümumiyyətlə Cənubi Qafqazı, Azərbaycanı, Gürcüstanı və Ermənistanı region olaraq Avropa ailəsinin bir üzvi kimi görür.

Amma, Azərbaycan elə Avropa qonşuluq çərçivəsində də fəaliyyət göstərdiyi müddətdə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib. Bəli, müəyyən öhdəliklər yerinə yetirib. Bu daha çox Avropada enerji siyasəti, enerji təhlükəsizliyi istiqamətində müəyyən addımların atılması istiqamətində olub. Bu yaxınlarda Avropa Qonşuluq siyasəti yeniləndi və bu bəyan olundu. Yəni yenilik 16 ölkə üzrə Avropa Qonşuluq Siyasəti çərçivəsində apardığı əməkdaşlıq istiqamətində idi.

Bu nədən ibarət idi. Rusiyanın Ukraynadakı işğalından sonra regionda iqtisadi, siyasi, təhlükəsizlik məsələlərində xeyli dəyişiklik oldu. Yəni bu bir növ Avropanı, Qərbi məcbur etdi ki, onlar konsepsiyasına yenidən baxsınlar, yeni yanaşmalar ortaya qoysunlar, hansı ki, bu problemləri regionda Azərbaycan da daxil olmaqla aradan qaldırmaq mümkün olsun.

Amerikanın Səsi: Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa qonşuluq siyasətində Azərbaycanın əsasən iqtisadiyyat, energetika, rabitə, nəqliyyat, İnformasiya Kommunikasiya Texnologiyaları, aviasiya məkanı və miqrasiya məsələlərində maraqlı olduğunu bəyan edib. Nazir Məmmədyarov demokratiya və insan haqlarından danışmayıb. Əməkdaşlıqda insan haqları və demokratiya mövzusu arxa plana keçib?

Artıq Qərb də başa düşür ki, hər zaman olduğu tələyə düşməmək üçün daha çox Azərbaycan hakimiyyəti ilə danışıqlarda demokratiya və insan haqqları məsələsinin üstündə durmaq lazımdır.

Zaur Əkbər: Bilirsiniz, Azərbaycan hakimiyyəti hər zaman Qərblə, beynəlxalq təşkilatlarla bütün sahələr üzrə əməkdaşlığa açıq olduğunu bəyan edib. Demokratiya və insan haqqları istisna olmaqla. Bu gün də o siyasəti davam etdirilir. Artıq Qərb də başa düşür ki, hər zaman olduğu tələyə düşməmək üçün daha çox Azərbaycan hakimiyyəti ilə danışıqlarda demokratiya və insan haqqları məsələsinin üstündə durmaq lazımdır. Ola bilsin ki, bu mətbuatda daha çox səslənmir. Amma, müxtəlif qapalı müzakirələrdə Azərbaycan hakimiyyətindən tələb olunur ki, Avropa institutları ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Xüsusi ilə də demokratiya və insan haqları sahəsində, siyasi məhbusların azad olunması, vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bir sıra istiqamətlər üzrə danışıqlar aparılır.

Amerikanın Səsi: Əməkdaşlıq məsələlərində vətəndaş cəmiyyəti ilə hökumətin mövqeyi üst-üstə düşürmü? Fərqli və oxşar cəhətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Dialoq təkcə stol arxasında dəyirmi masalar şəklində təşkil olunmasın. Bu həm də konkret qərarların icrası mexanizmini özündə əks etdirsin.

Zaur Əkbər: Bilirsiniz, hər zaman Azərbaycan hakimiyyəti bəyan edir ki, biz əməkdaşlığa, dialoqa hazırıq. Fərqli cəhət odur ki, Azərbaycan hakimiyyəti dialoq təklifində heç zaman səmimi olmayıb. Onlar sadəcə dialoq görüntüsü yaradaraq beynəlxalq təşkilatlara hər zaman göstərmək niyyətində olublar ki, baxın, biz Azərbaycan cəmiyyəti ilə əməkdaşlıq edirik. Sadəcə bu əməkdaşlıq stol arxasından o tərəfə keçmir. Yəni konkret icra planında deyil, yalnız vərəq üzərində qalır.

Bizim də hökumətdən vətəndaş cəmiyyəti olaraq tələb etdiyimiz ondan ibarətdir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Vətəndaş cəmiyyəti ilə normal dialoq aparılsın. Dialoq təkcə stol arxasında dəyirmi masalar şəklində təşkil olunmasın. Bu həm də konkret qərarların icrası mexanizmini özündə əks etdirsin.

Biz hər zaman Azərbaycan hökumətinə deyirik ki, qanunvericiliklə bağlı təkmilləşmə olsun. Amma, çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti öz içərisində olan öz maraqlarını dövlətin və cəmiyyətin maraqlarından üstün tutan qrupların maraqlarını hər zaman önə çəkir, nəinki vətəndaş cəmiyyətin və digər qrupların.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG