Accessibility links

Məhkəmə Zaur Qurbanlını həbsdə saxlayıb


NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı
NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı

Onun aprllyasiya şikayəti təmin edilməyib. Vəkil Z.Qurbanlının işində açıq-aşkar saxtakarlıq olduğunu bildirib

Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü və bloger Zaur Qurbanlının apellyasiya şikayətinə baxıb.

Şikayət Nəsimi rayon məhkəməsinin Qurbanlı barəsində qanunsuz partlayıcı maddə saxlamaq ittihamı ilə 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında 1 aprel tarixli qərarından verilib.

Lakin hakim Qasımov şikayəti təmin etməyib və fəalı həbsdə saxlayıb, deyə vəkil Xalid Bağırov bildirib.

O, Qurbanlının işində açıq-aşkar saxtakarlıq olduğunu bildirib.

Belə ki, birinci instansiya məhkəməsi həbs qətimkan tədbiri haqqında məsələyə cinayət işinin materialları olmadan baxıb.

İstintaq dünən başlanan Apellyasiya Məhkəməsində də işin materiallarını təqdim etməyib. Müdafiə tərəfinin etirazından sonra hakim şikayətə baxılmasını aprelin 9-dək təxirə salıb.

Bağırovun sözlərinə görə, bu gün materiallar təqdim edilsə də, hakim onlara baxmayıb.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlıya qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Z.Qurbanlı barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl isə daha 6 nəfər NİDA-çı həbs olunub.
XS
SM
MD
LG