Accessibility links

Əsabəli Mustafayev: Ümid edirəm ki, bununla Zaur Qurbanlı həbsdən buraxılacaq, gözləyək, görək... (Audio)


Gənclər təşkilatları Zaur Qurbanlını müdafiə edir
Gənclər təşkilatları Zaur Qurbanlını müdafiə edir

NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Zaur Qurbanlı 15 gün müddətinə inzibati həbsə məhkum edilib. Onun ofisindən təbliğat bukletləri götürülüb

Çoxsaylı müstəqil gənclər təşkilatlarının təmsilçiləri NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsinə etiraz olaraq mətbuat konfransı keçirib.
Zaur Qurbanlı hazırda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılır.

Vəkil Əsabəli Mustafayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:26 0:00
Direct link

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində sentyabrın 29-da Abşeron Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb.

Cənab Qurbanlının iş yerində aparılan axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar aşkar edilərək götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər həbsin daha çox ölkənin siyasi həyatında fəallaşan müstəqil gənclər qurumlarını qoxutmaq məqsədi daşıdığını deyib.

O Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin axtarış zamanı Z.Qurbanlının evindən və iş yerindən qanunsuz sənədlər tapılması haqda oktyabrın 1-dəki açıqlamasını yalan və böhtan adlandırılıb. Hadisənin deputat Gülər Əhmədova ilə fəaliyyəti dayandırılmış Beynəlxalq universitetin rektoru Elşad Abdullayev arasında qalmaqallı rüşvət məsələsinin üzə çıxmasından sonra baş verməsi iqtidarın siyasi gündəmi dəyişmək cəhdi kimi də izah olunub. Amma gənclər Z.Qurbanlını sona qədər müdafiə etməklə yanaşı “Gülər Əhmədova məsələsi”ni ölkənin siyasi gündəmindən çıxmağa qoymayacaqlarını bəyan edib.

Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, Zaur Qurbanlı evindən çıxarkən tutulub, sonra evində və ofisdə axtarış aparılıb. Onun kompüteri və ofisindən bukletlər götürülüb.

“Müstəntiq mənə dedi ki, Zaur Qurbanlının narkotik saxlaması və ya satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında onun evinə və ofisinə baxış keçirilib. Amma, bu təsdiqini tapmayıb. Sadəcə o polisin qanunu çağırışına tabe olmadığına görə, 15 sutka inzibati qaydada həbs edilib”, - vəkil bildirib.

Müstəntiq axtarış zamanı götürülmüş materialların araşdırılması və araşdırmanın nəticələri barədə vəkilə məlumat verməyib.

“Bir sözlə istintaq orqanı ilə kompromis və barışdırıcı mövqe tutduq. Onlar dedilər ki, gəncdir, gələcəyi var, biz də müəyyən məqamlara göz yummaq məcburiyyətində qaldıq. Belə məlum oldu ki, araşdırmanı aparanlar inzibati qərarla kifayətlənəcəklər”

Vəkil müstəntiqdən inzibati həbsdən sonra Zaur Qurbanlının Binəqədi müvəqqəti saxlama müəssisəsinə köçürülməməsinin səbəbini sual edib.

“Müstəntiq bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarla Mübarizə İdarəsinin saxlama kamerasında şərait oradan da yaxşıdır. Nə fərqi var. Zaur Qurbanlı da saxlanma şəraitindən şikayət etmir. Hərçənd, mən yenə ümid edirəm ki, burada saxlanması onun barəsində hansısa araşdırmanın getməsi ilə bağlı deyil. Mən Zaurdan da soruşdum. O dedi ki, əlavə hər hansı araşdırma ilə bağlı dindirilməyib. Əgər, əlavə araşdırma olarsa vəkilin iştirakı mütləq təmin edilməlidir. Vəkil olmadan araşdırma aparılması qanuna ziddir”, Ə.Mustafayev əlavə edib.

Vəkil eyni zamanda cinayət işi qaldırılacağı ehtimalını da istisna etməyib.

“Ümid edirəm ki, bununla Zaur Qurbanlı həbsdən buraxılacaq. Amma, Azərbaycan reallığında hər şey gözləmək olar. Bu gün mövqeyimiz yumşaqdır. Əgər, istintaq başqa hərəkətlərə baş vurarsa, bizim də mövqeyimiz dəyişəcək. Gözləyək, görək...”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG