Accessibility links

Gənc fəal həbsini sifariş sayır (audio)


NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı
NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı

Zaur Qurbanlı plakat nəşrinə görə həbs olunub. Lakin o polisə müqavimətdə ittiham edilib

NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı 15 günlük inzibati həbsdən sonra bazar günü azadlığa çıxıb.

Zaur Qurbanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:05 0:00
Direct link

O Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, həbsi NİDA-nın buraxdığı bukletlə bağlı olub. Bukletin nüsxələri “Müsbət dəyişiklik” gənclər təşkilatının ofisindən götürülüb.
Bukletdə Azərbaycan prezidenti İlham Əliyevə bənzəyən silueti təsvir olunub və aşağıda yazılıb: “Sən NİDA-nın üzvü olsan, 2013-cü ildə mən gedəcəyəm”.

Fəalın saxlandığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona bildirilib ki, bukletdə hökumət əleyhinə çağırışların olmasına dair məlumat əldə ediblər.

Fəala bukletin ideya müəllifinin kimliyi, onun hazırlanmasına kimlərin cəlb olunması barədə suallar verilib. Lakin Z.Qurbanlı hər şeyi öz üzərinə götürüb.

Bukletdə qanunsuz bir şeyin olmadığını anlayandan və bu işə yerli və beynəlxalq demokratik ictimaiyyətin diqqəti artdıqdan sonra blogerin dindirilməsinə son qoyulub.

Bununla belə, Z.Qurbanlıya bildirilib ki, inzibati cəza müddətini sonadək çəkməlidir. Ona “məsləhət görülüb” ki, apellyasiya şikayəti verməsin, çünki cinayət işi qaldırılmayacaq.

Z.Qurbanlı qeyd edib ki, həbsdən sonrakı ilk günlərdə ona mənəvi təzyiqlər olub, döyməklə, cinayət işi qaldırmaqla hədələyiblər. Lakin fiziki təzyiq göstərilməyib.

Eyni zamanda o deyib ki, saxlanma şəraiti və nəzarətçilərin davranışı normal olub.
Qeyd edək ki, DİN-in məlumatına görə, Z.Qurbanlı “narkotik maddələrin qanunsuz dövriyyəsi barədə operativ informasiya ilə əlaqədar saxlanılarkən polisə tabe olmamaqda ittiham edilib”.

Lakin fəalın sözlərinə görə, həbsdə saxlandığı müddətdə narkotik maddədən ümumiyyətlə söhbət getməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG