Accessibility links

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub


Qaz
Qaz

Sumqayıt şəhərində (Bakıdan 32 kilometr şimal) bir ailənin 6 üzvü dəm qazından boğularaq ölüb.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev məlumatı Amerikanın Səsinə təsdiqləyib.

Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Ölənlər Sumqayıt şəhər sakini Rafiq Hüseynov, həyat yoldaşı Yeganə Hüseynova, övladı və nəvələridir. Ölənlərin üçü uşaqdır.

Yerli medianın təhlili gösətirir ki, son aylarda ölkədə dəm qazından iyirmidən çox adam boğularaq ölüb. Dəm qazından zəhərlənmələrin sayı isə onlarladır. Bununla yanaşı, dəm qazından ölüm və zəhərlənmələrlə bağlı rəsmi məlumat verilmir.

XS
SM
MD
LG