Accessibility links

Zəif Ölkələr Komissiyası: Yoxsul ölkələr sabitləşdirilməlidir [Video]


Zəif Ölkələr Komissiyası: Yoxsul ölkələr sabitləşdirilməlidir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Britaniyanın Artım və İnkişaf Komissiyasının yoxsul ölkələr üçün həm yaxşı, həm pis xəbəri var. Onların hesabatındakı bəzi ölkələr orta gəlir statusuna çatıb və bir zamanlar münaqişə ilə qeyri-sabitliyə qərq olan yerlərin artıq yaxşılaşdığına dair əlamətlər var. Lakin hesabatda həmçinin qeyd edilir ki, zəif ölkələrdə yaşayan insanların sayı artır və onlar kütləvi miqrasiya, terror, qaçaqmalçılıq və ifrat yoxsulluğa görə məsuliyyət daşıyır. Hesabatı London İqtisadiyyat Məktəbi ilə Oksford Universiteti maaliyyələşdirib.

Zəiflik dövlətin təhükəzilikdən tutmuş çatdırılma xidmətlərinə, təhsildən tutmuş səhiyyə kimi bir çox təməl funksiyalarını yerinə yetirə bilməməsidir. Bunun səbəbi münaqişə də, ətraf mühit də və ya Haitidə olduğu kimi sadəcə sistemin düzgün işləməməsi də ola bilər.
Donald Kaberuka

Hesabatı təqdim edən Ölkələrin Zəifliyi, Artımı və İnkişafı Komissiyasının sədri ilə həm-sədri bildirib ki, inkişaf etməkdə olan ölkələrə qoyulan sərmaye nəticə versə də, bəzi ölkələrin üzləşdiyi bütün problemləri həll etməyib.

“Belə bir təsəvvür var ki, pul varsa, həll yolları da olacaq. Amma bu tam düzgün deyil. Pul lazımdır, ancaq Cənubi Sudan kimi yerlərdə pul özü elə problem yarada bilər,” deyə komissiyanın həmsədri Donald Kaberuka bildirir.

Komissiyanın sədri, sabiq Britaniya baş naziri Deyvid Kameron deyir ki, münaqişə və qeyri-sabitlikdən yeni canını qurtaran ölkələrin tez bir zamanda seçki keçirməsi ən yaxşı həll yolu deyil.

“Cənubi Sudan çox yaxşı nümunədir. Beynəlxalq ictimaiyyətin bir hissəsi düşünürdü ki, biz problemi həll etdik. Bir müsəlmanların çoxluq təşkil etdiyi Sudan olacaqdı, bir də ayrı xristinaların çoxluq təşkil etdiyi Cənubi Sudan. Onlar yardım və neftdən pul əldə edəcəklərdi, biz orada seçki keçirəcəkdik və hər şey yaxşı olacaqdı. Amma Cənubi Sudandakı qəbilələrarası parçalanmalar nəzərə alınmamışdı,” o deyir.

Cənubi Sudan münaqişəsində on minlərlə insan ölüb, daha da çox insan isə etnik zəmində baş verən müharibə nəticəsində didərgin düşüb. Lakin Afrika İnkişaf Bankının sabiq başçısı Donald Kaberuka deyir ki, zəiflik həmişə münaqişənin nəticəsi deyil.

“Zəiflik dövlətin təhükəzilikdən tutmuş çatdırılma xidmətlərinə, təhsildən tutmuş səhiyyə kimi bir çox təməl funksiyalarını yerinə yetirə bilməməsidir. Bunun səbəbi münaqişə də, ətraf mühit də və ya Haitidə olduğu kimi sadəcə sistemin düzgün işləməməsi də ola bilər,” o söyləyir.

Cənubi Sudan
Cənubi Sudan

Kaberuka deyir ki, zəif ölkələrdə yaşayan insanların sayı artır və buna bir neçə yanaşma tələb olunur.

“Suriya, Yəmən, Liviya, Sahel, Somalidə hazırkı həll yolları nəticə vermir. Biz paradiqmanı dəyişib, fərqli addım atmalıyıq. Hər şey həmişə pul və münaqişədən ibarət olmur. Problemin bir neçə amili olur. Bizim irəli sürdüyümüz tövsiyyələrin əsas məqsədi isə onların özlərinin özlərinə yardım etmələrini təmin etməkdir, onlara rəhbərlik etmək deyil,” Kaberuka deyir.

Bəzi tövsiyyələrdə beynəlxalq deyil, yerli prioritetlərə və seçkidən öncə barışığın təmin olunmasına üstünlük verilib. Komissiya bildirir ki, beynəlxalq inkişafa yönəldilən yardım sayəsində əldə olunan böyük nailiyyətlərə baxmaraq, ən zəif ölkələrdə irəliləyiş çox yavaşdır. 2030-cu ilədək dünyanın yoxsul əhalisinin yarısı məhz bu ölkələrdə yaşayacaq.

XS
SM
MD
LG