Accessibility links

"Saxta həbs qərarı əldə etməklə məndən qısas almaq istəyirlər" [Audio-Müsahibə]


Zəka Mirağayev

BDU-nun "İlahiyyat" fakültəsinin dekan müavini Nigar İsmayılzadənin məhkəməyə verdiyi Zəka Mirağayev Amerikanın Səsinə müsahibədə məhkəmədə ona qarşı qaldırılan ittihamlara münasibət bildirib.


Zəka Mirağayev fakültədə “Dinşünaslıq” ixtisası üzrə dördüncü kursda təhsil alır. O, bir sıra media orqanlarına müsahibəsində, həmçinin sosial şəbəkələrdə fakültədə rüşvət hallarından və dekan müavini Nigar İsmayılzadədən, onun tələbələri təhqir edib alçaltmasından bəhs edib. O, həmçinin fakültədə baş verənlərin, o cümlədən dekan müavini Nigar İsmayılzadə haqda yazdıqlarının araşdırılması üçün Təhsil Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini deyib.

Bundan sonra, aprel ayında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə məhkəməyə müraciət edərək Zəka Miragayevin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

BDU-da rüşvət məsələsini ictimailəşdirdiyimə görə məndən qisas almağa qərarlıdırlar.

İyulun 10-da keçirilmiş məhkəmədə Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsinə münasibət bildirəm Zəka Mirağayev qeyd edib ki, məhkəmə sifarişlidir və onlar BDU-da rüşvət məsələsini ictimailəşdirdiyimə görə məndən qisas almağa qərarlıdırlar.

Məhkəmə prosesində iştirak etmədiyi üçün Zəka Mirağayev hakim tərəfindən axtarışa verilməsi haqqında qərar çıxarılıb. Bu qərara münasibət bildirən BDU-nun sonuncu kurs tələbəsi qeyd edib ki, məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıb.

Azərbaycanın ədalətli olmayan məhkəməsinin verdiyi saxta qərarı qəbul edib, həbs olunmaq istəmədiyim üçün məcbur qalıb ölkəni tərk etdim

“Azərbaycanın ədalətli olmayan məhkəməsinin verdiyi saxta qərarı qəbul edib, həbs olunmaq istəmədiyim üçün məcbur qalıb ölkəni tərk etdim. Rüşvətə qarşı mübarizə aparsam da, ölkə daxilində şikayətlərimə baxmadılar, Təhsil Nazirliyi rüşvətlə bağlı şikayətləri araşdırmadı və bildirdi ki, bu məsələ BDU-nun daxilində həll eləməlidir. BDU isə özü bu cür halları ört-basdır edir. Rüşvət və korrupsiya hallarını ifşa etdiyimə görə də məni həbs eləmək istəyirlər.”

XS
SM
MD
LG