Accessibility links

Zelenski: Donbasda münaqişə və Krımın ilhaqı Ukraynada davamlı inkişafa mane yaradır


Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin inkişaf yolunda tərəqqi əldə ediyini, lakin Donbas regionunda münaqişənin davam etməsi və Krımın ilhaq edilməsinin inkişafın qarşısını aldığını bildirib.

Zelenski bu açıqlamaları BMT-də yoxsulluğun və zorakılığın azaldılması, ətraf mühitin qorunması və bir sıra başqa məsələlərin müzakirə edildiyi iclasda verib.

Heç bir ölkə sülh və sabitlik olmadan davamlı inkişaf məqsədlərinə nail ola bilməz. Mərmilər və partlayışlar altında davamlı inkişaf ağlasığmazdır.
Volodimir Zelenski

“Biz etiraf etməliyik ki, bizim bütün göstəricilərimiz daha yaxşı ola bilər və daha yaxşı olmalıdır. Ukrayna düzgün inkişaf yolu seçib. İndi daha sürətlə və daha yüksək əminliklə irəliləmək vaxtıdır”, Zelenski dünya liderlərinin qatıldığı tədbirdə deyib.

“Heç bir ölkə sülh və sabitlik olmadan davamlı inkişaf məqsədlərinə nail ola bilməz. Mərmilər və partlayışlar altında davamlı inkişaf ağlasığmazdır. Bu, aqressiv strategiyaların üstün olduğu və başqa ölkələrə müdaxilə alqışlananda mümkün deyil”, o əlavə edib.

Zelenski ABŞ prezidenti Donald Trampın iyulun 25-də telefon söhbəti zamanı prezidentliyə namizəd Co Bayden və onun oğlu ilə bağlı təhqiqat aparmaq üçün ona təzyiq göstərdiyi haqda məlumatların açıqlanmasından sonra Birləşmiş Ştatlarda impiçment araşdırmasının mərkəzindədir.

Tramp Baydenlə bağlı müzakirə apardığını etiraf edib, lakin Baydenə zərər vura biləcək təhqiqatın başlanılması məqsədilə Zelenskiyə təzyiq göstmək üçün ABŞ-ın Ukaynaya 400 milyon dollar məbləğində yardımını saxladığını inkar edib.

Keçmiş vitse-prezident Co Bayden 2020-ci ildə noyabr ayında keçiriləcək prezident seçkilərində Trampla yarışmaq üçün mübarizəyə qoşulmuş demokrat namizədlər arasında irəlidə gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG