Accessibility links

Zelenski-Poroşenko - Ukrayna seçkilərinin gərgin finalı


Zelenski-Poroşenko - Ukrayna seçkilərinin gərgin finalı
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Komediya ustasının ölkə prezidenti ilə seçkilərin ikinci mərhələsinə çıxmasından sonra Ukrayna üç həftəlik siyasi kampaniyaya hazırlaşır. Proqnozlaşdırıldığı kimi, Vladimir Zelenski bazar günü keçirilən birinci mərhələdə seçicilərin 30 faizdən çoxunun səsini qazanaraq asanlıqla qalib gəlib. Prezident Petro Poroşenko 16 faiz səslə ikinci yerdədir. Aprelin 21-i keçiriləcək seçkilərin ikinci mərhələsi ərəfəsində üstünlükdə olan yeni namizədin siyasi mövqeyi ciddi təhlil olunur.

Səhnə fəaliyyəti Ukrayna siyasi elitasını satira hədəfinə çevirməklə başlayan komediya ustası Ukraynanın növbəti prezidenti ola bilər. Vladimir Zelenski nəticələrin özünəməxsus tərzdə qəbul edib.

"Mənə təkcə zarafata görə deyil, həqiqi səs verən şəxslərə təşəkkürümü bildirirəm,” Vladimir Zelenski deyib.

Kampaniya zamanı hazırki prezident Petro Poroşenkonun hətta ikinci tura çıxa bilməyəcəyi ehtima edilirdi. O, bazar günü elan edilən nəticələri təvazökarlıqla qarşılayıb.

"Heç bir eyforiya hiss etmirəm. Bu gün cəmiyyətin fəaliyyət göstərən rəsmilərə siqnal verdiyini anladım,” Ukrayna prezidenti Petro Poroşenko deyib.

Poroşenko rəqibi Zelenskini sürgün edilmiş oliqarx İqor Kolomoyskinin marioneti adlandırıb. Önümüzdəki üç həftə ərzində bizi ciddi kampaniyalar gözləyir.

"Poroşenkonun siyasi proqramı daha çox dil, etiqad və təhlükəsizlik, Moskvadan uzaqlaşmağa əsaslananır. Biz bunu dövlətçiliyin aspektlərini adlandıra bilərik. Zelenskinin siyasi proqramı əsasən seçicilərin narahatlığına cavab verməyə yönəlib. Lakin biz bunun necə inkişaf edəcəyini bilmirik, çünki Zelenskinin proqramı haqda çox danışmaq mümkün deyil,” Chatham House mərkəzində siyasi təhlilçi Anna Korbut deyir.

Zelenskiyə üstünlük qazandıran onun siyasətdə yeni olmasıdır. O, autsayderdir.

"Növbəti üç həftə hadisələrin necə cərəyan edəcəyini müşahidə edəcəyik. Debatlar olacaq, yoxsa insanlar namizədin təklif etdiyi siyasi proqramları bilmədikləri üçün seçkilərə etiraz edəcəklər, bunu öyrənəcəyik,” Demokratik Təşəbbüs qrupunun rəhbəri İrina Bekeşkina deyir.

Şərqdə Rusiyanın dəstəklədiyi separatçılar ilə münaqişənin davam etməsi il əlaqədar olaraq, Zelenskinin siyasəti daha dəqiq təhlil ediləcək.

"Zelenski öz mövqeyini bildirməyib. Rusiya ilə potensial danışıqların olacağı və ya beynəlxalq formatda danışıqlar aparacağını açıqlamayıb,” Chatham House mərkəzində siyasi təhlilçi Anna Korbut deyib.

Bəzi ukraynalılar üçün Zelenskinin təcrübəsizliyi narahatlıq doğurur.

"Zelenskinin daha az səs, Poroşenkonun daha çox səs qazanacağına və seçicilərin daha yaxşı fikirləşib səslərini düşünülmüş çəkildə verəcəklərini gözləyirdim,” Kiyev sakini Anton deyir.

Lakin onu dəstəkləyənlər Ukraynada ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirir.

"Əlbəttə, mən razıyam. Biz Zelenskiyə səs vermişik. Hər şey əladır,” Kiyev sakini Lyubov Teplova deyir.

Sabiq baş nazir Yuliya Timoşenko bazar günü seçkilərində üçüncü yerdə yer alıb.

Beləliklə, ukraynalılar seçim qarşısındadırlar: indiki prezident və ya komediya ustası. Hər iki namizəd qərb yönümlü olsa da, bir-birindən kəskin şəkildə fərqlənir.

İndi çox şey seçilməmiş namizədlərin hansı namizədə dəstək verəcəyi və Zelenskinin ikinci mərhələdə də etiraz edən səsləri yenidən ələ ala biləcəyindən asılıdır.

XS
SM
MD
LG