Accessibility links

Zelenskinin xanımı xəstəxanaya yerləşdirilib


Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı Yelena Kiyevdəki xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Ukraynanın birinci xanımına orta dərəcəli ağırlıqda ikitərəfli polisektron pnevmoniya diaqnozu qoyulub. Hesabatda 15 iyun tarixində prezident və övladlarının COVID-19 üçün növbəti PCR testlərinin mənfi nəticə verdiyi qeyd olunub.

Yelena Zelenskaya iyunun 12-də koronavirus testinin müsbət nəticə verdiyini bildirmişdi. Ukrayna Prezidentinin həyat yoldaşı ailə üzvlərindən təcrid olunaraq ambulator müalicəyə salınmışdı. Ukrayna Prezidentinin bununla bağlı xüsusi iş rejiminə keçdiyi də qeyd edilib.

"İnfeksiyaya harada və nə zaman yoluxulduğu hələ də bilinmir. Epidemioloji araşdırma aparılır. Bütün təmasda olanlar dərhal infeksiyanın təhlükəsi barədə məlumatlandırılıb" - deyə, prezident aparatı qeyd edib.

Volodimir Zelenski daha əvvəl özünün bu xəstəliyə tutulmasını və bunun necə təhlükəli olduğunu göstərmək istədiyini söyləmişdi.

"Mən özüm bu mərhələni keçmək istəyirdim. İnsanların işini asanlaşdırmaq üçün. İnsanlarımıza təklif etdim: " Qoy xəstələnim, məni dərhal Bankovada təcrid edin. Mən bunu normal yaşayacağam. "İnsanlar başa düşsünlər ki, qorxuludur, xəstələnə bilərsən, özünü pis hiss edə bilərsən. Mən bunu özümdən keçirib, göstərərdim" - deyə, o açıqlamışdı.

Prezident daha sonra bu fikirdən imtina edildiyini bildirib. Bu addımın artıq olacağını və ailəsinin onu bağışlamayacağını düşünüb.

Ukraynada ilhaq edilmiş Krım və Sevastopol, habelə Donbassın işğal olunmuş əraziləri istisna olmaqla, 32 476 koronavirus infeksiyası aşkar edilib. 14 528 nəfər sağalıb, 912 nəfər ölüb. İyunun 13-də isə Ukraynada COVID-19-a yeni yoluxmaların sayı 753 nəfər olmaqla anti-rekord qeydə alınıb.

XS
SM
MD
LG