Accessibility links

Zelenski Vaşinqtona səfərindən sonra Kanadaya gedib


Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona qısa səfərindən sonra cümə axşamı gecə Kanadaya gedib. Onu Kanadanın baş naziri Castin Trüdo Ottava şəhərində qarşılayıb.

Zelenski Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə Kanada Parlamentində çıxış edəcək.

Zelenski və Kanadanın baş naziri Trüdonun iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə dair saziş imzalaması da planlaşdırılır.

Trüdo Ukrayna liderinin gəlməsindən əvvəl verdiyi açıqlamasında "Kanada Ukrayna xalqını öz suverenliyi və demokratiyası, habelə qanunun aliliyinə hörmət, azadlıq və öz müqəddəratını təyin etmək kimi ortaq dəyərlərimiz uğrunda apardıqları mübarizədə dəstəkləməkdə davam edir" deyib.

İki lider biznes liderləri və Ukrayna-Kanada icmasının üzvləri də olmaqla, kanadalılarla görüşmək üçün Toronto şəhərinə də gedəcək.

Zelenski cümə axşamı Vaşinqtonda diplomatik bir basqı edərək, prezident Co Baydendən davamlı dəstək vədini alıb. O, "ABŞ-ın Rusiyanın təcavüzü ilə mübarizə üçün daha bir maliyyə dəstəyi olmasa, Ukrayna müharibəni uduzacaq" deyərək, cəsarətli bir mesaj verib.

Bayden Ağ Evdə Zelenskiyə "ABŞ sizi dəstəkləməyə davam edəcək" deyib.

Bayden cümə axşamı Ukraynanı silahladırmaq üçün daha 325 milyon dollar ayırıb. Lakin bu yardıma Ukraynanın tələb etdiyi uzaqmənzilli raketlər daxil deyil.

"Bu gün mən mövqeyimizi gücləndirmək, Ukraynanı, uşaqlarımızı, ailələrimizi və evlərimizi, dünyada azadlıq və demokratiyanı müdafiə etmək üçün Vaşinqtondayam" - deyə, Zelenski bildirib.

Forum

XS
SM
MD
LG