Accessibility links

Zelenski Baykar şirkətinin başçısı Haluk Bayraktarla görüşüb


Volodimir Zelenski və Haluk Bayraktar
Volodimir Zelenski və Haluk Bayraktar

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 9-da Türkiyənin müdafiə şirakəti “Baykar”ın başçısı ilə görüşüb.

Zelenski "Baykar" ın baş icraçı direktoru Haluk Bayraktar ilə görüşüb. Baykar şirkətinə məxsus TB2 dronları Rusiya fevral ayında tammiqyaslı hərbi müdaxiləyə başlayandan bəri Rusiyanın artilleriya sistemlərini və zirehli maşınlarını məhv etmək üçün istifadə olunub.

Görüşün diqqət mərkəzində Ukraynanın ordusunun müdafiə imkanlarını gücləndirmək üçün şirkətlə əlavə əməkdaşlıq etməsi olub. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Zelenski görüşdən sonra onlayn açıqlamasında bildirib ki, onlar həmçinin Ukraynada Baykar zavodunun tikintisinin təfərrüatlarını müzakirə ediblər.

Zelenskinin mətbuat xidməti bildirib ki, prezident Bayraktarı birinci dərəcəli Şərəf Ordeni ilə təltif edib.

Bunun müqabilində isə Zelenskiyə üzərində dron naxışlı əvənəvi Ukrayna köynəyi hədiyyə edilib.

“Ukraynada hər kəs Bayraktarın nə olduğunu bilir, sizin şirkətinizi tanıyır,” mətbuat xidməti Zelenskidən sitat gətirib. “Prezident [Rəcəb Tayyib] Ərdoğana dəstəyinə və Türkiyə vətəndaşlarının Rusiyanın təcavüzünə qarşı bu müharibədə göstəridiyi dəstəyə görə təşəkkür edirəm,” o əlavə edib.

Bayraktar dronlar 2021-ci ildən bəri Ukrayna ordusunda xidmətdədir. Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukrayna ordusu onlardan Rusiya avadanlıqlarını məhv etmək üçün istifadə edib. Türkiyə dronlarının çatdırılması Moskvanın narazılığına səbəb olub.

XS
SM
MD
LG