Accessibility links

Ukrayna əsgərlərinin öldürülməsinin ardınca Zelenski Putinə zəng etdi


Ukrayna prezidenti Vladimir Zelenski Donbas bölgəsində dörd ukraynalı əsgərin öldürülməsindən sonra avqustun 7-də Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Zelenski Putinə Donbas döyüşçülərinə təsir göstərməklə bağlı zəng etdiyini deyib və Putinin ona nəsə vəd etdiyini desə də, detalları açıqlamayıb.

Kreml telefon danışığını şərh etməyib.

2014-cü ildən bəri münaqişədə 13,000 insan ölüb.

Ukrayna qoşunları ilə Rusiya tərəfindən dəstəklənən qüvvələr arasındakı qarşıdurma 2014-cü ildən bəri 13,000 insanın ölümünə səbəb olub. Rusiya və Ukraynanın iştirak etdiyi və Fransa və Almaniyanın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişi, 2015-ci ildə Ukraynanın şərqində böyük qarşıdurmaya son qoyub, lakin müntəzəm kiçikmiqyaslı toqquşmalar hələ də davam edir .

Dörd əsgərin ölümü oktyabr ayından bu günə olan ən yüksək itkidir. Zelenski münaqişənin sülh yolu ilə həlli üçün danışıqları bərpa etməyə təklif edib.

"Donbass" batalyonu
"Donbass" batalyonu

Dörd ölkənin liderləri sonuncu dəfə 2016-cı ildə görüşüblər. Ukrayna Rusiyanı Donbasda Kiyevə qarşı elan olunmamış müharibə aparmaqda, Moskvanın inkar etdiyi bölgəyə qoşun və ağır silahlar verməkdə ittiham edib.

Rusiya Ukraynanın 2015-ci ildə Minskdə vasitəçilik etdiyi atəşkəs razılaşmasına görə öhdəliklərə əməl etmədiyini bildirir.

Ukraynanın Müdafiə Nazirliyi avqustun 6-da separatçıların atdığı atəşdən dörd əsgərin həlak olduğunu bildirib. Bu, üç həftə öncə əldə olunmuş atəşkəs sazişindən sonra ən böyük itki sayıdır.

Minsk sazişləri çərçivəsində elan olunan atəşkəs razılaşmaları nəticəsində döyüşlər səngisə də, onlara tam əməl olunmayıb.

XS
SM
MD
LG