Accessibility links

Zelenski deyir ki, Mariupolun mühasirəsi "insanlığa qarşı cinayətdir"


Rusiya və Ukraynadan nümayəndə heyətləri İstanbulda iki həftədən uzun müddətdir ilk dəfə üz-üzə görüşlər keçirdiyi bir vaxt Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın mühasirəyə alınan Mariupol şəhərinə hücumunu “insanlığa qarşı cinayət” adlandırıb.

“Rusiya qoşunlarının Mariupolda etdikləri insanlığa qarşı cinayətdir və bu hazırda bütün planetin gözləri önündə baş verir,” Zelenski martın 29-da Danimarka parlamentinə video müraciətində deyib.

Mariupol hərbi müdaxilə bir ay öncə başlayandan bəri Rusiya qüvvələri tərəfindən amansızcasına atəşə tutulub və müharibədən öncə 400 min sakini olan şəhərdəki vəziyyəti “apokaliptik” adlandırılıb.

Ukrayna baş nazirinin müavin İrina Vereşçuk martın 29-da Rusiya vətəndaşların döyüş zonalarından çıxa bilməsi üçün biri Marupoldan daxil olmaqla, üç humanitar dəhliz açmağa razılaşıb. Ancaq şəhərdə ilişib qalan on minlərlə sakinən neçəsinin təxliyə oluna biləcəyi bəlli deyil.

O əlavə edib ki, Marupoldan əlavə olaraq, mülki vətəndaşların Zaporijyeyə səfər edə bilmələri üçün Rusiyanın işğal etdiyi Melitopol şəhərinə aparacaq təhlükəsiz dəhliz açılacaq.

Üçüncü dəhliz Enerdohar şəhəri ilə Zaporijyeni birləşdirəcək.

Bu addım Kyivim Rusiyanın mümkün “təxribatları ilə” bağlı xəbərdarlıq etməsinin ardınca tərəflərin hər hansı dəhliz aça bilməməsindən bir gün sonraya təsadüf edib.

Türkiyədəki Ukrayna səfirliyi martın 29-da bildirib ki, İstanbulda üz-üzə danışıqlar təxminən dörd saat davam edib. Müzakirələrin ikinci gün də İstanbulda davam edib-etməyəcəyi bəlli deyil.

Zelenskinin müşaviri deyib ki, görüşdə diqqət atəşkəs və Ukraynanın təhlükəsizliyinə zəmanət əldə etməyə yönəlmişdi. Bu məsələlər daha öncəki uğursuz danışıqlarda da diqqət mərkəzində olub.

Danışıqlardan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətlərinə deyib ki, o danışıqlarda irəliləyişlərin Zelenki ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşə yol açacağına ümid bəsləyir.

Tərəflər arasında daha öncə həm üz-üzə, həm də videokonfrans şəklində keçirilən danışıqlarda irəliləyiş əldə olunmayıb.

Ərdoğan deyib ki, danışıqlarda konkret nəticələrin əldə olunmasının vaxtı çatıb və o dərhal atəşkəsin əldə olunmasına çağıraraq bildirib ki, “bu faciəni dayandırmaq” hər iki tərəfin öhdəsinə düşür.

Zelenski deyib ki, Ukraynanın danışıqlardakı prioriteti “suverenlik və ərazi bütövlüyü” olacaq.

Ukrayna “həqiqətən, gecikmədən sülh axtarışında olacaq,” o, martın 27-də çıxışında deyib. Zelenski öncəki bəyanatlarını təkrarlayaraq deyib ki, təhlükəsizlik zəmanəti təklifinə Ukraynanı nüvə silahı olmadan saxlamaq daxildir.

O müxbirlərə deyib ki, neytrallıq – və NATO-dan uzaq durmağa razılaşmaq – məsələləri Ruisya qoşunları çəkiləndən sonra referendum vasitəsilə Ukrayna seçicilərinin səsverməsinə çıxarılmalıdır. O deyib ki, səsvermə qoşunlar çəkiləndən bir neçə ay sonra keçirilə bilər.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyib ki, ölkəsinin danışıqlardan ən çox gözlədiyi şey atəşkəsdir. “Biz insan, torpaq və ya suverenliyi dəyişdirmirik,” Kuleba deyib.

Rusiya dörd həftədən çoxdur davam edən səbəbsiz hərbi müdaxiləsi ərzində Ukraynanın hər hansı böyük şəhərini ələ keçirə bilməyi və martın 25-də diqqətini daha çox Moskvanın dəstəklədiyi separatçıların son səkkiz ildir Ukrayna ordusuna qarşı döyüşdüyü Donbas regionuna yönəltdiyini açıqlayıb.

XS
SM
MD
LG