Accessibility links

Zelenski: Ukrayna taxılın daşınması üçün BMT-nin siqnalını gözləyir


Prezident Volodimir Zelenski Ukraynanın cənubundakı liman şəhəri Çornomorska baş çəkib.
Prezident Volodimir Zelenski Ukraynanın cənubundakı liman şəhəri Çornomorska baş çəkib.

Prezident Volodimir Zelenski Ukraynanın cənub limanlarında saxlanan milyonlarla ton taxılın daşınmasına başlamağa hazır olduğunu bildirib. Lakin o daşımalara nəzarət etməyə razılaşan Türkiyə və BMT-nin əməliyyata başlamasını gözlədiyini bildirib.

"Bizim tərəf tam hazırdır. Biz bütün siqnalları tərəfdaşlarımıza - BMT və Türkiyəyə göndərmişik və ordumuz təhlükəsizlik vəziyyətinə zəmanət verir" deyə Zelenskinin ofisi iyulun 29-da prezidentə istinadən bildirib. Zelenskinin ofisi vəziyyətlə yerində tanış olmaq üçün onun şəxsən liman şəhəri Çornomorska baş çəkdyini xəbər verib.

"İnfrastruktur naziri Türkiyə tərəfi və BMT ilə birbaşa təmasdadır. Biz başlamaq üçün onlardan siqnal gözləyirik... Ukraynanın qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalması bizim üçün vacibdir" deyə o əlavə edib.

Kyiv və Moskva iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynanın blokadada olan üç limanını - Odesa, Çernomorsk və Pivdenniyin blokadasının aradan qaldırılması üçün saziş imzalayıb.

Bu müqavilə milyonlarla ton taxıl və gübrələrin dünyanın böyük ərzaq böhranı astanasında olan bir çox hissəsinə daşınmasına yol açmalıdır.

Türkiyə tərəfi İstanbulda yaradılan birgə komandanlıq mərkəzi vasitəsilə əməliyyatlara nəzarət edəcək. Türkiyə rəsmiləri bu həftənin əvvəlində mərkəzin qurulduğunu və fəaliyyətə hazır olduğunu bildirib.

Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçılarından ikisidir.

XS
SM
MD
LG