Moskva qüvvələrinin mülki vətəndaşlara qarşı ölümcül hücumlarına dair iddialar fonunda Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, onun ölkəsi Rusiya ilə danışıqları davam etdirməyə “hələ də hazırdır,” amma Ukrayna lazım olsa “döyüşməyə də hazırdır”
Zelenski bunu aprelin 9-da Kyivdə Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında deyib. Karl Nehammer Rusiya qüvvələri paytaxt Kyiv ətrafından geri çəkiləndən sonra müharibənin viran qoyduğu ölkəyə səfər edən bir sıra Avropa rəsmiləri və liderlərindən biridir.
“Ukrayna hər zaman danışıqlara və bu müharibə son qoyma üçün hər hansı bir yolu axtarmağa hazır olduğunu deyib,” Zelenski bildirib.
“Bununla bərabər, təəssüf ki, biz şərqdəf vacib - bəzi insanların dediyinə görə, həlledici -döyüşlərə hazırlığın aparıldığını görürük,” o, Rusiya ordusunun Ukrayaın şərq və cənub ərazilərində yeni hücumlar edəcəyinə dair gözləntilərə istinad edərək deyib.
“Biz döyüşməyə və paralel olaraq bu müharibəyə diplomatiya yolu ilə son qoymağın yollarını axtarmağa hazırıq,” o əlavə edib.
“Şərqdə və cənubda ərazimizin başqa bir hissəsini işğal etməyə hazırlaşan qoşunlar, silah və avadanlıqların cəmləşdirildiyini görmüşük,” Zelenski deyib.
Nehammer aprelin 9-da Kyiv yaxınlığında Buça şəhərini ziyarət edib. Rusiya qüvvələrinin şəhərdən geri çəkilməsindən sonra orada minlərlə mülki vətəndaşın öldürüldüyü üzə çıxıb. Bir çoxlarının cəsədləri küçələrdə, əlləri arxalarında bağlanmış vəziyyətdə tapılıb.
“Avstriya Rusiyanın təcavüzünə qarşı müvaqimətimizdə bizi dəstəkləyir. Federal kansler Karl Nehammerin Kyivə səfəri Ukrayna xalqı ilə həmrəyliyin vacib təzahürüdür,” Zelenski Telegram kanalında yazıb.
Ukrayna və Rusiyadan vasitəçilər danışıq aparmaq üçün son dəfə martın 29-da görüşüblər.